Kiçik Akademiyanın seminarı

"Kiçik Akademiya''nın Humanitar fənlər bölməsi üzrə növbəti seminarı keçirildi. Seminarda şagirdlər hazırladıqları referatlar və  təqdimatlarla çıxış etdilər.10-a sinif şagirdi Əliyeva Leyli Zaur qızı ''Teymur imperatorluğunun yaranması" mövzusunda təqdimatla çıxış etdi. 8-a sinif şagirdləri isə öz təqdimatlarını 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr emişlər. Şagirdlərimiz Şəhid Abbasov Ayaz Nizami oğlunun, Şəhid Heybətov Ağaəmi Elçin oğlunun, Şəhid İsmayılzadə Vüsal Əlibəndə oğlunun və digər şəhidlərimizin həyat yolu və qəhrəmanlıqları barədə təqdimatla çıxışlar etdilər. "Kiçik Akademiya"nın rəhbəri Samirə Əliyeva və tarix müəllimi Lamiyə Əliyeva seminarda iştirak edərək, şagirdlərə tövsiyələrini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi