Kiçik Akademiyanın hesabatı

Məktəbin “Kiçik Akademiya”sı 2020-2021-ci tədris ilinin hesabatını təqdim etdi. Hesabat xarakterli tədbirdə məktəbin direktoru Mirnağı Nəzərli, direktor müavini Xanımqız Qəniyeva, “Kiçik Akademiya”nın prezidenti Samirə Əliyeva, “Kiçik Akademiya”nın üzvü olan şagirdlər iştirak etdilər. “Kiçik Akademiya”nın prezidenti Samirə Əliyeva çıxış edərək 2020-2021-ci tədris ilində fəaliyyət planının yerinə yetirilməsi barədə hesabat verdi. Məktəbin direktoru Mirnağı Nəzərli “Kiçik Akademiya”nın səmərəli fəaliyyəti barədə danışdı və öz tövsiyələrini bildirdi. Sonra isə “Kiçik Akademiya”nın humanitar və incəsənət bölməsinin fərqlənən üzvləri məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi