Kiçik Akademiyanın tədbiri

Məktəbin “Kiçik Akademiya”sının “Nizami Gəncəvi - bəşəriyyətin bədii fikir tarixində yeni səhifə açmış dahi mütəffəkirdir” adlı onlayn tədbiri  keçirildi. Kiçik Akademiyanın rəhbəri Samirə Əliyeva tədbir barədə məlumat verdi. Humanitar bölmənin üzvləri olan şagirdlər “Nizami Gəncəvinin həyat və yaradıcılığı”na həsr olunmuş təqdimatlarla çıxış etdilər. Şagirdlər Dahi şairin -“Minacat”,  -“Sənsiz”qəzəlini söylədilər, həmçinin “Nizami” filmindən kadrlar nümayiş etdirildi. Onlayn tədbirdə məktəbin  direktoru Mirnağı Nəzərli çıxış edərək “Kiçik Akademiya”nın fəaliyyətini qənaətbəxş hesab edərək “Kiçik Akademiya” üzvlərinə  tapşırıq və tövsiyələrini bildirdi. Onlayn tədbirdə ''Kiçik Akademiya''nın bölmə rəhbərləri və direktor müavinləri də iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi