Kiçik Akademiyanın seminarı

Məktəbin fəaliyyət planına uyğun olaraq “Kiçik Akademiya”nın növbəti onlayn seminarı keçirildi. Seminarda məktəbin direktoru Mirnağı Nəzərli, direktor müavini Xanımqız Qəniyeva, ”Kiçik Akademiya”nın rəhbəri Samirə Əliyeva, ”Kiçik Akademiya”nın üzvləri, müəllimlər və şagirdlər iştirak etdilər. Seminarda “Kiçik Akademiya”nın rəhbəri Əliyeva Samirə çıxış edərək ötən tədris ilində görülən işlər haqqında geniş məlumat verdi, sonra “Kiçik Akademiya”nın tərkibinə yeni qoşulmuş üzvlərin adlarını açıqladı.Daha sonra şagirdlər arasında “Kiçik Akademiya”nın şagird prezidenti seçildi. ”Kiçik Akademiya” rəhbərliyinin və seminar iştirakçılarının təşəbbüsü ilə bu vəzifəyə “Kiçik Akademiya”nın incəsənət bölməsinin üzvü, gənc rəssam 9-a sinif şagirdi Mirzəyeva Arzu İlqar qızı layiq görüldü. Sonra Samirə Əliyeva “Kiçik Akademiya”nın cari tədris ilində fəaliyyət planında nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Məktəbin direktoru Mirnağı Nəzərli də çıxış edərək “Kiçik Akademiya”nın işinin qənaətbəxş olduğunu qeyd etdi, yeni seçilən üzvləri təbrik etdi və öz təkliflərini irəli sürdü. Sonda “Kiçik Akademiya”nın bölmə rəhbərləri də çıxış edərək öz fikirlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi