Şəhidlərimizin xatirəsi yad edildi

Bu gün adı məktəbimizə verilərək əbədiləşmiş şəhid Hatəm İskəndərovun 50 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhid Hatəm İskəndərovun anası Xanım İskəndərova və İkinci  Qarabağ müharibəsində şəhid olmuş Buzovnanın ilk şəhidlərindən olan Vüsal İsmayılzadənin anası Lalə İsmayılova da dəvətimizi qəbul edərək tədbirdə iştirak etmişlər. Tədbirdə şagirdlərimiz tərəfindən hər iki şəhidimizin keçdiyi həyat yolu haqqında məlumatlar, şeirlər səsləndirilmiş və səhnəciklər göstərilmişdir. Tədbirin sonunda  məktəbin direktoru Mirnağı Nəzərli çıxış edərək Vətən müharibəsində müzəffər ordumuzun döyüş yolu və şəhidlərimizin qəhrəmanlığı barədə məlumat verdi, həmçinin tədbirdə iştirak etdiklərinə görə şəhid analarına öz təşəkkürünü bildirdi. Sonda məktəbimizin 10-cu sinif şagirdi Əliyeva Rəşadə Rövşəd qızının çəkdiyi hər iki şəhidimizin portretləri onların ailələrinə təqdim edildi. Tədbirin hazırlanmasına Azərbaycan dili metodbirləşməsi, Məmmədova Aytən və Əliyeva Samirə köməklik gösrərmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi