Kiçik Akademiya

H. İskəndərov adına 206 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2018-ci ildən fəaliyyətə başlamışdır. İlk gündən əsas məqsədimiz 8-11-ci siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olmuşdur. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətdə sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəfimizdir. Məktəbdə “Kiçik Akademiya”nın tərkibində humanitar, texniki, təbiət və incəsənət bölmələri fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində başlayaraq məktəbdə “Kişik Akademiya”nın fəaliyyətinin genişləndirilməsi istiqamətində Fəaliyyət Planı hazırlanaraq təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq məktəbdə “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi barədə 04.02.2019-cu il tarixli 27 nömrəli məktəbdaxili əmr verilmişdir. “Kiçik Akademiya”nın üzvləri arasında bölmə rəhbərlərinin köməkliyi ilə seminarlar keçirilmiş, şagirdlərin mövzular üzrə hazırladıqları referatlar dinlənilmiş və onların təqdimatları nümayiş olunmuşdur. Bunlardan misal olaraq: “Buzovna dialektləri”- 7 a sinif şagirdi Şıxəliyeva Fidan, “Buzovnanın toponimləri və memarlıq abidələri”- 8 b sinif şagirdi Quliyeva Fatimə, “Antik yunan fəlsəfəsi”- 10 a sinif şagirdi Qəniyev Şahini göstərmək olar. Daha sonra “Kiçik Akademiya”nın bölmələri üzrə seminarlar təşkil olunmuşdur. İncəsənət bölməsinin üzvləri-gənc rəssamların rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. Gənc rəssamların yaradıcı işlərinə qiymət vermək, onlara dəstək olmaq üçün Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Rafael Muradov ilə görüş keçirilmişdir. Məktəbdə “Kiçik Akademiya”nın “Elm dəryası” adlı divar qəzeti çap olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi