Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər

Məktəbin “Kiçik Akademiya”sının İncəsənət bölməsinin “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” mövzusunda növbəti onlayn seminarı keçirildi. Seminar dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuşdu. İncəsənət bölməsinin üzvləri öz bacarıqları ilə Nizami Gəncəvinin əsərlərinə illüstrasiyalar və rəsmlər çəkmiş və bu işlərini təqdimat kimi hazırlamışlar. Seminarda ''Kiçik Akademiya''nın üzvləri "- 6-b sinif şagirdi Əlizadə Azər Ceyhun oğlu "Fitnə" əsərinə , 8-a sinif şagirdi Rəhimova Fəridə Əmir qızı “Bəhram şah və çoban” əsərinə, 8-a sinif şagirdi Abdurrəhimli Fatimə Elxan qızı “Kərpickəsən kişinin dastanı” əsərinə, 9-a sinif şagirdi Dadaşova Jalə Vahid qızı “Atanın oğula nəsihəti” əsərinə, 9-a sinif şagirdi Mirzəyeva Arzu İlqar qızı “Süleyman və qoca” əsərinə çəkdikləri illüstrasiyaları və 9-a sinif şagirdi Əlizadə Yeganə Ceyhun qızı "Nizami Gəncəvi portreti" adlı rəsm nümunəsini də nümayiş etdirmişdir. Şagirdlər dahi şairin yaradıcılığı ilə əlaqədar yazdıqları referat işləri barədə də geniş məlumat verdilər. Tədbirdə məktəbin direktoru Mirnağı Nəzərli, direktor müavini Xanımqız Qəniyeva, ”Kiçik Akademiya”nın rəhbəri Samirə Əliyeva və "Kiçik Akademiya”nın üzvləri iştirak etdilər. İncəsənət bölməsinin rəhbəri Əlizadə Nərmin çıxış edərək bildirdi ki, şairin yaradıcılığı iqtisadi motivlərlə zəngindir, şairin dünya şöhrətli əsərlərinə şagirdlərimiz müraciət edərək öz rəssamlıq bacarıqlarını nümayiş etdirmişlər. Onlayn tədbirin sonunda məktəbin direktoru Mirnağı Nəzərli çıxış edərək şagirdlərin rəssamlıq bacarıqlarını qiymətləndirərək növbəti seminarlarda onlara uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi