Bilim Bakı Mərkəzinə ekskursiya “Bilim Bakı Mərkəzi “ 6-14 yaşlı şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərir. Məktəbimizin bir qrup şagirdləri “Bilim Bakı Mərkəzində” keçirilən təlimdə iştirak etmişlər. Təlimlər 6 fərqli laboratoriyalarda : Sahibkarlıq, Astronomiya, kosmos və aviasiya, Riyaziyyat, Dizayn, Təbiət elmləri və Texnologiya laboratoriyalarında keçirilmişdir. Təlim şagirdlərin böyük marağına səbəb olmuşdur.
"Dəyərlərimizi qoruyaq" adlı ədəbi-bədii kompozisiya keçirildi Bəşəriyyətin ən qədim şənliklərindən biri də Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü bu baryam özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi,kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Məktəbdə Novruz bayramına həsr olunmuş “Dəyərlərimizi qoruyaq” adlı tədbir təşkil edildi.Tədbirdə məktəb kollektivi və valideynlər iştirak etdilər Şagirdlər müxtəlif şeirlər söylədilər, səhnəciklər göstərdilər, mahnılar ifa etdilər. Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramınız mübarək !
Milli musiqimiz xalqımızın milli dəyəridirŞagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində tədbir təşkil edildi. “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı tədbiri məktəbin musiqi müəllimi Səriyyə Həsənova təşkil etdi. O, milli musiqimiz haqda geniş məlumat verdi, videogörüntülər təqdim etdi. Müxtəlif musiqi alətlərində şagirdlərin hazırladıqları ifalar dinlənildi.
"Zərərli vərdişlərə birlikdə yox deyək!" Qeyri sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Bu vərdişlərin forması və sayı getdikcə artır və insan cəmiyyətinə öz mənfi təsirini göstərir. Şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı şagirdlər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə olan marağını artırmaq məqsədilə məktəbin psixoloqu Bahar Qasımova və biologiya müəllimi Afət Güləliyevanın rəhbərliyi ilə VIII"Ç" sinfində maarifləndirici tədbir təşkil edildi. Şagirdlər müxtəlif təqdimatlarla çıxışlar etdilər. Onlara müxtəlif məlumatlar verildi, sualları cavablandırıldı.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə respublika orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirilmiş “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar Xidmət tərəfindən keçirilən silsilə tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, gənc nəslin dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, formalaşdırılması daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. SHXÇDX tərəfindən təşkil edilən “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı müsabiqənin cəmiyyətdə böyük maraqla qarşılandığını, respublikanın müxtəlif bölgələrindən yüzlərlə şagirdin yazı göndərdiyini vurğulayıb. Yazıların hər birində xalqımızın Ulu Öndərə sonsuz sevgisinin ifadə olunduğunu, Ümummilli Liderin dövlətçilik tarixində misilsiz xidmətlərinin əks etdirildiyini diqqətə çatdırıb. Münsiflər heyətinin üzvü Seyfəddin Səfərov daxil olmuş yazıların hər birinin diqqət və obyektivliklə oxunaraq qiymətləndirildiyini qeyd edib. Daha sonra qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən 151 saylı tam orta məktəbin IX “A” sinif şagirdi Quliyev İbrahim Təhmasib oğlu 1-ci yerə, 2-ci yerə Hacızadə Nəzrin Elçin qızı, 3-cü yerə isə Şükürzadə Nihad Nizami oğlu layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib. Müsabiqədə iştirak edən 7 nəfər isə həvəsləndirici mükafatla təltif edilib. Tədbirdə Xidmət tərəfindən bir neçə il əvvəl keçirilmiş müsabiqədə qalib olmuş Şəbnəm Məcidli yazı müsabiqəsi qaliblərini hazırladığı kompozisiya ilə təbrik edib.
Erkən nigahların fəsadlarıSağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə VIII – IX siniflərdə sinif təşkilat saatlarında biologiya müəllimləri, məktəbin həkimi, tibb bacısı və psixoloqun iştirakı ilə “Erkən nigahların fəsadları” adlı dərslər təşkil edildi. Erkən nigah anlayışı şərh edildi, ailə qurmağın fiziki, psixoloji və maddi problemləri izah edildi. Yeniyetmələr ailənin funksiyaları və erkən nigahların fəsadları haqda məlumatlandırıldılar.
Su həyat mənbəyidir Məktəbdə su ehtiyyatlarının idarə olunması, sudan qənatli və səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirildi. Tədbir məktəbin coğrafiya müəllimi Məlahət Şamilova tərəfindən VIII”A” sinfində təşkil edildi. Su qıtlığının yaranması, dünyada baş verən iqlim dəyişmələri və sudan qənaətlə istifadə ilə bağlı şagird təqdimatları dinlənildi. Su həyat deməkdir. Bu həyatı qporumaq və gələcək nəsillərə ötürmək isə bizim əlimizdədir.
Sağlam həyat tərzi və sağlam qidalanma Şagirdlərlə fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə "İdmansevərlər" layihəsi çərçivəsində "Sağlam həyat tərzi və sağlam qidalanma" adlı tədbir təşkil edildi. Maarifləndirici məlumatlar verildi. Şagirdlərin təqdimatları dinlənildi.
“Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının iştirakçısıMəktəbin VIII “A” sinif şagirdi Fatimə Məmmədova “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasında iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Yeni uğurlar arzu edirik.
Ən yaxşı təqdimat müsabiqəsi keçirildi 2023-cü ilin “Heydər Əliyev ili”elan edilməsi ilə bağlı tədbirlər planının icrası məqsədilə məktəbdə “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil edildi. Şagirdlərin təqdimatları dinlənildi. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən rəğbətləndirildi.
“Hekayəni paylaş” videotəqdimat müsabiqəsinin iştirakçısıXarici dilin öyrənilməsi müxtəlif xalqların və dövlətlərin elmi-mədəni həyatı haqqında biliklərin əldə olunması, ölkənin yüksək səviyyədə təmsil olunması baxımından olduqca əhəmiyyətlidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında aparılan “Hekayəni paylaş” videotəqdimat müsabiqəsində məktəbimizin X “C” sinif şagirdi Aydan Həmzəyeva iştirak edərək təşəkkürnamə ilə təltif olunmuşdur. Əsas məqsəd ingilis dilində şagirdlərin özünüifadə bacarığının təkmilləşdirilməsi, düzgün danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi və beynəlxalq olimpiadalarda iştirak imkanlarının genişləndirilməsindən ibarət olmuşdur.
Uşaqların təhsil mühiti necə olmalıdır? Məktəbdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədi ilə “Uşaqların təhsil mühiti necə olmalıdır?” adlı valideynlər üçün seminar təşkil edilmişdir. Valideynlərə müxtəlif istiqamətlər üzrə tövsiyələr verilmiş və təhsil mühiti haqqında, problemli şagirdlərin probləmləri haqqında müzakirələr aparılmışdır.
“Şuşa ili” nə həsr olunmuş videotəqdimat müsabiqəsi keçirildi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31.03.2022-ci il tarixli F-121 nömrəli əmrinin icrası ilə bağlı məktəbdə VII-VIII siniflər arasında videotəqdimat müsabiqəsi təşkil edildi. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular.
Zərərli vərdişlərə birlikdə yox deyəkZərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Zərərli vərdişlərin yeniyetmələrin həyatına daxil olmaması üçün, onların fəsadları barədə məlumatlı olmaları üçün təbliğat işini daha da gücləndirmək məqsədilə maarifləndirici söhbət aparıldı. VIII “C” sinif şagirdləri hazırladıqları təqdimatlarla çıxışlar etdilər. Əsas məqsəd onları neqativ əməllərdən çəkindirmək, elmə olan maraqlarını artırmaqdan ibarət olmuşdur.
Əhməd Cavad -130 15.02.2023-cü il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , böyük şair və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş açıq dərs məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə İsmayılova tərəfindən VII “A” sinfində təşkil olundu. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən söz ustadlarındandır. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Vətənpərvər şair Əhməd Cavad Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermişdir.
“Qarabağı tanıt” mövzusunda təqdimatMəktəbin VIII “A”sinif şagirdi Gövhər Həsənova “Qarabağı tanıt”mövzusunda təqdimat müsabiqəsində iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Yeni uğurlar arzu edirik.
Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının iştirakçısıMəktəbin VIII “A” sinif şagirdi Mirxanım Nəbiyeva “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasında iştirak etdiyinə görə təşəkkürnamə ilə təltif edilmişdir. Yeni uğurlar arzu edirik.
V robot olimpiadasının iştirakçısı Məktəbin X”C” sinif şagirdi Salih Seyidzadə Azərbaycanda keçirilən V Robot olimpiadasında “Future İnnovators Senior” kateqoriyası üzrə III yer tutduğuna görə diplom və medalla təltif edilmişdir. Gələcəkdə yeni uğurlar arzu edirik .
Heydər Əliyev Mərkəzinə ekskursiyaMəktəbin bir qrup şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı şagirdlər müxtəlif sərgi zalları ilə tanış olmuş və onlara geniş məlumatlar verilmişdir. Mərkəzin ən cəlbedici hissələrindən birində Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Yeni texnologiyaları ilə fərqlənən muzey Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirir. Şagirdlərin böyük marağınasəbəb olan və maraq doğuran bölmələrdən biri ümummilli liderin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimediya zalı olmuşdur
Təbiəti qoruyanlar“Təbiəti qoruyanlar” adlı layihəsinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrası ilə əlaqədar məktəbdə bir sıra silsilə tədbirlər həyata keçirilir. 25.05.2022-ci il tarixdə məktəbin biologiya məllimi Salehə Məmmədovanın təşkilatçılığı ilə “Təbiəti qoruyanlar” adlı şagird qrupunun iştirakı ilə dibçək güllərinin əkilməsi və onlara qulluq qaydaları öyrədilmişdir. VI “C” sinif şagirdləri müxtəlif növ otaq bitkiləri əkmişlər. Məktəb üzrə VI “C” sinfi “Yaşıl sinif” adlandırılmışlar. Salehə Məmmədova “Yaşıl sinif”də ekoloji guşənin hazırlanması, ekoloji plakatların, kitabçaların, animasiyaların hazırlanması barədə geniş maarifləndirici məlumatlar vermişdir. Əsas məqsəd şagirdlərin ekoloji maarifləndirməsi, onların tədqiqatçılıq bacarığının artırılması, müəllim-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunmasından ibarət olmuşdur.
Start İT olimpiadasının iştirakçısıMay ayında Start İT uşaqlar üçün proqramlaşdırma olimpiadası təşkil edilmişdir. Olimpiada 3 kateqoriya (scratch-də vizual proqramlaşdırma,tinkercard-da 3D modelləşdirmə, android mobil proqramların hazırlanması) üzrə keçirilmişdir. Məktəbin VI “C” sinif şagirdi Əsmər Talıbova olimpiadada iştirak edərək III yerə layiq görülmüşdür.
“Kosmosun fəthi” adlı təqdimat keçirilibMəktəbin fizika müəllimi Tamarə Cəfərovanın rəhbərliyi ilə “Kosmosun fəthi” mövzusunda 6 “C” sinif şagirdlərinin təqdimatları dinlənilib. Təqdimatda ilk kosmosa uçan canlılar, kosmosun fəthinin insan həyatında rolu, gələcəkdə kosmos resurslarından istifadə haqqında maraqlı məlumatlar verilib. Gələcəkdə digər planetlərdə həyatın olması ehtimalı haqqında müzakirələr aparılıb.
“Şuşa” komandasının yeni uğuru15.03.2022-ci il tarixdə Nəsimi rayonu Kiçik Akademiya üzvləri arasında keçirilən intellektual bilik yarışında 151 nömrəli tam orta məktəbin “Şuşa” komandası I yeri tutaraq diplomla təltif olunmuşlar. “Şuşa” komandasına yeni uğurlar arzu edirik.
Sosial şəbəkələrdən istifadənin müsbət və mənfi cəhətləriVirtual məkan genişləndikcə sosial şəbəkələrin də sayı artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər. Məktəbin VI ”C” sinif şagirdi Rəna Şahmuradova həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələrdən istifadənin müsbət və mənfi cəhətlərini əks etdirən təqdimat hazırlayaraq, sinif yoldaşları ilə interaktiv seminar keçirmişdir.Seminarda sosial şəbəkələrin səmərəli əks -əlaqə imkanları,əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, ictimai davranış və münasibətlər sisteminə, gənc nəslin psixoloji və fiziki tərbiyəsinə ciddi təhlükələr yarada biləcəyi müzakirə olunmuşdur. Bu platformanın yalnız müəyyən zaman çərçivəsində və lazım olan məlumatların alınması üçün istifadə olunması tövsiyə edilmişdir.
Müalicəvi dərman bitkiləriDərman bitkiləri müxtəif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan bitki qrupudur. Dərman bitkilərinin öyrənilməsi və onlardan istifadə olunması ən qədim dövrdən başlayır. Azərbaycan Respublikasının ərazisi dərman bitkiləri ilə zəngidir. Məktəbin VII “A” sinif şagirdləri dərman bitkiləri haqqında araşdırmalar apararaq müxtəlif məlumatlar toplamışlar. Aparılan tədqiqatlar zamanı müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən bitkilərin faydası və müalicəvi əhəmiyyətinin olması müəyyən edilmişdir. Yaşadıqları diyarın dərman bitkiləri haqqında araşdırma aparan qruplar hazırladıqları təqdimatlarla çıxışlar etmiş və sonda videoçarxlar nümayiş etdirmişlər. Bilməliyik ki, Azərbaycanın münbit torpağında bitən hər bir bitkinin böyük faydaları vardır. Təbiətə göstərdiyimiz hər bir qayğını, o bizə şəfa olaraq geri qaytarır
“Breyn Rinq” intellektual bilik yarışı keçirilmişdirMəktəb üzrə VI-XI siniflər arasında “Breyn Rinq” intellektual bilik yarışı keçirilmişdir. Yarışda hər qrupda 5 nəfər olmaqla 9 komanda iştirak etmişdir. Əsas məqsəd şagirdlər arasında milli-mənəvi dəyərlərimizi təbliq etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur. Yarışda “Nizami Gəncəvi ili “ ilə əlaqədar şairin yaradıcılığına həsr olunmuş suallar da səsləndirilmişdir. Belə yarışların keçirilməsi zamanı şagirdlərin bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail omaq üçün imkan yaratmaq olur. Onların məlumat bazası daha da genişlənir. Yarışın nəticəsinə əsasən sonda X ”A” sinif şagirdlərindən ibarət “Şuşa” komandası qalib olaraq yarışın kubokuna layiq görülmüşlər . Məktəbin biologiya müəllimi Salehə Məmmədovanın məntiqi və düşündürücü suallardan ibarət təşkil etdiyi intellektual bilik yarışı şagirdlərin böyük marağına səbəb olmuşdur.
Nizami Gəncəvinin “Xeyir və Şər” əsərində xeyirxahlıqDahi Azərbaycan şairi “Nizami Gəncəvinin 880 ili” ilə əlaqədar silsilə tədbirlər davam edir. Zəngin ədəbi irsin, söz sənətinin nadir incilərindən olan şairin əsərlərinin şagirdlərə tanıdılması və öyrədilməsi məqsədilə məktəbin Rus dili və ədəbiyyat müəllimi Sənubər Almasova VII ”C” sinfinin iştirakı ilə tədbir təşkil edilmişdir. Əvvəlcə şagirdlərin hazırladıqları təqdimatlar dinlənilmiş, şairin əsərlərindən müxtəlif parçalar səsləndirilmişdir. Dünya əzəldən xeyirlə şərin mübarizəsi üzərində qurulub. İşıq, aydınlıq xeyir qüvvələrin, zülmət, qaranlıq isə şər qüvvələrin nişanəsidir. Şagirdlər şairin “Xeyir və Şər” əsərini səhnələşdirərək mənfi və müsbət qəhrəmanların xarakterik obrazlarını məharətlə oynamışlar. Xeyir nə qədər humanist və insanpərvərdirsə, şər o qədər zalım və qəddardır. Xeyir humanistliyinə axıradək sadiq qalaraq daha da zirvəyə yüksəlir. Şər isə etdiyi pisliklərin müqabilində məhv olur. Həyatda da belədir. İnsanlar ucalmaq üçün bir-birinə arxa olmalıdırlar. Nahaq demirlər ki, bəşəriyyəti xeyirxahlıq, humanistik xilas edəcəkdir. Qüdrətli söz ustası Nizami Gəncəvinin ölməz əsərləri bu gün də insanlarıın kamilləşməsinə misilsiz xidmət göstərir.
Dahi Nizami əsərlərinə inteqrasiyaÖlkə rəhbəri möhtərəm Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi, dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi, o cümlədən dünyada geniş təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Şairin əsərlərindəki estetik, ekoloji, əmək, əxlaq tərbiyəsinə aid nümunələrdən istifadə edərək şagirdlərdə bu tərbiyə növlərinin formalaşmasına daha yaxşı nail olmaq olar. Bu məqsədlə VII”A” sinfində biologiyadan açıq dərs təşkil edilmişdir. Dünya şöhrətli şairimiz Nizami Gəncəvi bütün dövrlərinin ən sevilən dahilərindən biri olmuşdur. O , doğma Azərbaycanın gözəlliklərini əsərlərində yorulmadan vəsf etmişdir. Biologiya müəllimi Salehə Məmmədova Nizami Gəncəvi yaradıclığı haqqında geniş məlumat verərək qeyd etmişdir ki, şair bütün əsərlərində insanları təbiəti sevməyə və ona qayğıkeş münasibət bəsləməyə çağırmışdır. Şagirdlər şairin canlı və cansız təbiətlə bağlı fikirlərini söyləyərək maraqlı təqdimatlarla çıxışlar etmişlər. Nizami Gəncəvinin bizə miras qoyub getdiyi ədəbi – pedaqoji irsi daha dərindən dərslərdə şagirdlərə aşılamaq bizim mənəvi borcumuzdur
Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdirMəktəbdə müasir Azərabaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər davam edir. 09.12.2021- ci il tarixdə VI “C” sinfində məktəbin tarix müəllimi Arzu Quliyevanın rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim , xalqımzın Ümummilli Lideri Heydər Əliyevin keçdiyi həyat yolunu xatırladaraq, zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı bütün dünyada təmsil etdiyini bildirmişdir. Ölkəmizin həyatının bütün sahələrində xüsusi ilə təhsil istiqamətində aparılan islahatlarda əldə edilmiş möhtəşəm naliyyətlərin dahi şəxsiyyətin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu şagirdlərin diqqətinə çatdıraraq qeyd etmişdir ki, onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır . Tədbir iştirakçılarının hazırladıqları təqdimatlar dinlənilmiş və fərqlənən şagirdlər rəğbətləndirilmişdir. Sonda videoçarx nümayiş etdirilmişdir.
Şagirdlərin peşə marağının öyrənilməsi ilə əlaqədar sorğu keçirilmişdirMəktəbdə peşəyönümü xidmətinin təşkili ilə bağlı VIII “A” sinfində şagirdlərin peşə marağının və qabiliyyətinin öyrənilməsi məqsədi ilə sorğu keçirilmişdir. Şagirdlərin hansı peşə istiqaməti üzrə əmək və sahibkarlıq fəaliyyətinə marağının olması öyrənilmişdir.
“Bəşəriyyətin bəlası narkomaniya” adlı maarifləndirici tədbir keçirildi26 noyabr 2021-ci il tarixdə məktəbdə “Bəşəriyyətin bəlası narkomaniya” adlı maarifləndirici tədbir keçirildi.Tədbirdə şagirdlərə narkomaniya, alkoqollu içkilər və bu kimi həyat üçün təhlükəli olan vərdişlər haqqında məktəbin biologiya müəllimi Salehə Məmmədova geniş məlumat verdi. O, narkomaniya narkotiklərdən psixi və fiziki asılılıqdır,sonu ölümlə nəticələnən xəstəlikdir söyləyərək gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa səslədi. Narkotik tələdir, bu tələyə bir dəfə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də narkotikdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomanlıq uçuruma aparan yoldur. Məktəbin biologiya müəllimi Salehə Məmmədova bir daha yeniyetmələrə zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda maarifləndirici videoçarx nümayiş etdirildi.
Şəhidlər ölməz, Vətən bölünməz !Məktəbin 7”A” sinfində məktəbin coğrafiya müəllimi Məlahət Şamilovanın rəhbərliyi ilə keçirilən dərs şəhidlərimizin xatirəsinə həsr edildi. “Şəhidlər ölməz, Vətən bölünməz” başlığı altında keçirilən dərsdə Vətən muharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız haqqında danışıldı.Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən, tarix yazan şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq. Şəhidlik zərvəsinə ucalanların xatırəsini yaşatmaq, onları gənc nəslə tanıtmaq hər kəsin vətəndaşlıq borcudur.
Məişət zorakılığının qarşısının alınması və onunla mübarizəAzərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli,2307 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.12.2020-ci il tarixli,F-560 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 19.01.2021-ci il tarixli F-07 nömrəli əmrinə əsasən 9-11-ci sinif şagirdləri ilə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda profilaktik söhbət aparılıb. Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Əksər ailələrdə bu problem özünü müəyyən formada biruzə verir. Bəs onun qarşısını necə almaq və ona qarşı necə mübarizə aparmaq lazımdır? Müntəzəm olaraq məişət zorakılğı ilə əlaqədar maarifləndirmə işləri aparılır, problem varsa zorakılıqla deyil sivil formada həll edilir. Məktəbin psixoloqu Bahar Qasımova və həkimin iştirakı ilə şagirdlərlə bu mövzu ətrafında profilaktik söhbətlər aparılıb, geniş məlumatlandırıcı məsləhətlər verilib.
Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilibMəktəbin 11 “A” sinif şagirdlərinin iştirakı ilə “Aşıq Ələsgərin yetirmələri aşıq sənətinin inkişafına mühüm töhfə vermişdir ” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Pərnisə Vəliyeva Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin xidmətlərindən danışıb. Sonra isə uşaqlar Aşıq ələsgərin yetirilmələrindən söz açıblar. Onlar bildiriblər ki, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmışdır. Şagirdlər onun yetirmələri olan Aşıq Ağalar, Aşıq Musa, Aşıq Əsəd, Aşıq Nəcəf, öz oğlu Talıb və başqalarının Azərbaycan aşıq sənətinin inkişafında mühüm xidmətlərindən danışıblar. Sonda isə Aşıq Ələsgərin və yetirmələrinin şeirlərindən nümunələr söylənilib.
Zərərli vərdişlər yox deyək !Məktəbin 7 “A” sinif şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilib. Məqsəd zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri barədə məlumatlar vermək, bu vərdişlərdən qorunmaq yollarını müzakirə etməkdən ibarət olub. Şagirdlər arasında zərərli vərdişlər barədə fikir mübadiləsi aparılıb, təqdimatlar təqdim edilib.
“Kiçik akademiya” üzvlərinin alimlərlə görüşü keçirildiMəktəbdə yaradılmış “Kiçik akademiya” şurasının iclası keçirildi. İclasda “Kiçik akademiya” şurasının üzvləri ilə bərabər dəvət edilmiş alimlər – riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev, kimya üzrə fəlsəfə doktoru Faiq Məmmədov, coğrafiya üzrə fəlsəfə dokturu Azərbaycan Dövlət Pedoqoji Universitetinin iqtisadi coğrafiya kafedrasının müdiri, dosent Oqtay Alxasov, BŞTİ – nın “İnkişaf Layihələri” sektorunun baş məsləhətçisi Sevinc Əzimova iştirak etdilər. İclası məktəbin direktoru K.H. Tanrıverdiyeva açaraq qonaqları salamladı. Təlim – tərbiyə işləri üzrə direktor müavini uzun müddət “Kiçik akademiya” - nın prezidenti olmuş Mənsim Həsənov 13 il müddətində “Kiçik akademiya” -nın keçdiyi yolu şərh etmiş, şagirdlərin uğurlarından danışdı. “Kiçik akademiya” -nın indiki prezidenti Solmaz Süleymanova, bölmə rəhbəri Arzu Babayeva cari tədris ilində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. “Kiçik akademiya” – nın fəal üzvlərindən olan Nigar Allahverdiyeva “ Müasir Azərbaycanda ordu quruculuğu ” mövzusunda məruzə ilə çıxış etdi. Sonda alimlər dəyərli tövsiyələri ilə maraqlı çıxışlar etdilər. “Kiçik akademiya” - nın qərarı ilə iclasda iştirak edən alimlər akademiya şurasının fəxri üzvü seçildilər.
Məktəbdə "Kiçik Akademiya" YaradılıbMəktəbdə "Kiçik Akademiya" 2006- cı ildən fəaliyyət göstərir. Təhsilimizin inkişafına nail olmaq üçün şagirdlərimizdə stimul yaratmalıyıq. "Kiçik akademiya" şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər fənn müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və təqdimatlar hazırlayırlar.Şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq istiqamətində müxtəlif işlər aparılır. İlk dəfə məktəbdə “Kiçik Akademiya” nın prezidenti məktəbin kimya müəllimi Svetlana Axundova olmuşdur. Hər tədris ilinin sonunda “Kiçik Akademiya”da fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən rəğbətləndirilir.
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi