"Dəyərlərimizi qoruyaq" adlı ədəbi-bədii kompozisiya keçirildi

  Bəşəriyyətin ən qədim şənliklərindən biri də Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü bu baryam özündə dünyanın yaranma və yaşam sirlərindən  tutmuş, gələcəyə xoşbəxtliyə, bolluğa  ümidini əks etdirir.   Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi,kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.   Məktəbdə Novruz bayramına həsr olunmuş “Dəyərlərimizi qoruyaq” adlı tədbir təşkil edildi.Tədbirdə məktəb kollektivi və  valideynlər iştirak etdilər Şagirdlər müxtəlif şeirlər  söylədilər, səhnəciklər göstərdilər, mahnılar ifa etdilər.   Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən sevimlisi olan Novruz bayramınız mübarək !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi