Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

   Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə respublika orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında keçirilmiş “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.    SHXÇDX rəisinin müavini, general-leytenant Zaur Abdullayev iştirakçıları salamlayaraq Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar Xidmət tərəfindən keçirilən silsilə tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, gənc nəslin dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, formalaşdırılması daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. SHXÇDX tərəfindən təşkil edilən “Ümummilli lider Heydər Əliyev Silahlı Qüvvələrimizin memarıdır” adlı müsabiqənin cəmiyyətdə böyük maraqla qarşılandığını, respublikanın müxtəlif bölgələrindən yüzlərlə şagirdin yazı göndərdiyini vurğulayıb. Yazıların hər birində  xalqımızın Ulu Öndərə sonsuz sevgisinin ifadə olunduğunu, Ümummilli Liderin dövlətçilik tarixində misilsiz xidmətlərinin əks etdirildiyini diqqətə çatdırıb.   Münsiflər heyətinin üzvü Seyfəddin Səfərov daxil olmuş yazıların hər birinin diqqət və obyektivliklə oxunaraq qiymətləndirildiyini qeyd edib.   Daha sonra qaliblərin adları açıqlanıb.  Münsiflər heyətinin qərarına əsasən 151 saylı tam orta məktəbin IX “A” sinif şagirdi  Quliyev İbrahim Təhmasib oğlu 1-ci yerə, 2-ci yerə Hacızadə Nəzrin Elçin qızı, 3-cü yerə isə Şükürzadə Nihad Nizami oğlu layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.   Müsabiqədə iştirak edən 7 nəfər isə həvəsləndirici mükafatla təltif edilib.   Tədbirdə Xidmət tərəfindən bir neçə il əvvəl keçirilmiş müsabiqədə qalib olmuş Şəbnəm Məcidli yazı müsabiqəsi qaliblərini hazırladığı kompozisiya ilə təbrik edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi