Dahi Nizami əsərlərinə inteqrasiya

Ölkə rəhbəri möhtərəm Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsi, dahi şairin zəngin irsinin daha dərindən öyrənilməsi, o cümlədən dünyada geniş təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Şairin əsərlərindəki estetik, ekoloji, əmək, əxlaq tərbiyəsinə aid nümunələrdən istifadə edərək şagirdlərdə bu tərbiyə növlərinin formalaşmasına daha yaxşı nail olmaq olar. Bu məqsədlə VII”A” sinfində biologiyadan açıq dərs təşkil edilmişdir. Dünya şöhrətli şairimiz Nizami Gəncəvi bütün dövrlərinin ən sevilən dahilərindən biri olmuşdur. O , doğma Azərbaycanın gözəlliklərini əsərlərində yorulmadan vəsf etmişdir. Biologiya müəllimi Salehə Məmmədova Nizami Gəncəvi yaradıclığı haqqında geniş məlumat verərək qeyd etmişdir ki, şair bütün əsərlərində insanları təbiəti sevməyə və ona qayğıkeş münasibət bəsləməyə çağırmışdır. Şagirdlər şairin canlı və cansız təbiətlə bağlı fikirlərini söyləyərək maraqlı təqdimatlarla çıxışlar etmişlər. Nizami Gəncəvinin bizə miras qoyub getdiyi ədəbi – pedaqoji irsi daha dərindən dərslərdə şagirdlərə aşılamaq bizim mənəvi borcumuzdur
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi