“Hekayəni paylaş” videotəqdimat müsabiqəsinin iştirakçısı
Xarici dilin öyrənilməsi müxtəlif xalqların və dövlətlərin elmi-mədəni həyatı haqqında biliklərin əldə olunması, ölkənin yüksək səviyyədə təmsil olunması baxımından olduqca əhəmiyyətlidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında aparılan “Hekayəni paylaş” videotəqdimat müsabiqəsində məktəbimizin X “C” sinif şagirdi Aydan Həmzəyeva iştirak edərək təşəkkürnamə ilə təltif olunmuşdur.
Əsas məqsəd ingilis dilində şagirdlərin özünüifadə bacarığının təkmilləşdirilməsi, düzgün danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi və beynəlxalq olimpiadalarda iştirak imkanlarının genişləndirilməsindən ibarət olmuşdur.