Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Məktəbin 11 “A” sinif şagirdlərinin iştirakı ilə “Aşıq Ələsgərin yetirmələri aşıq sənətinin inkişafına mühüm töhfə vermişdir ” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycan dili və ədəbiyyat müəllimi Pərnisə Vəliyeva Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin xidmətlərindən danışıb.
Sonra isə uşaqlar Aşıq ələsgərin yetirilmələrindən söz açıblar. Onlar bildiriblər ki, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmışdır.
Şagirdlər onun yetirmələri olan Aşıq Ağalar, Aşıq Musa, Aşıq Əsəd, Aşıq Nəcəf, öz oğlu Talıb və başqalarının Azərbaycan aşıq sənətinin inkişafında mühüm xidmətlərindən danışıblar. Sonda isə Aşıq Ələsgərin və yetirmələrinin şeirlərindən nümunələr söylənilib.