“Breyn Rinq” intellektual bilik yarışı keçirilmişdir

Məktəb üzrə VI-XI siniflər arasında “Breyn Rinq” intellektual bilik yarışı keçirilmişdir. Yarışda hər qrupda 5 nəfər olmaqla 9 komanda iştirak etmişdir. Əsas məqsəd şagirdlər arasında milli-mənəvi dəyərlərimizi təbliq etmək, onları tariximiz, mədəniyyətimiz haqqında maarifləndirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur. Yarışda “Nizami Gəncəvi ili “ ilə əlaqədar şairin yaradıcılığına həsr olunmuş suallar da səsləndirilmişdir. Belə yarışların keçirilməsi zamanı şagirdlərin bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail omaq üçün imkan yaratmaq olur. Onların məlumat bazası daha da genişlənir. Yarışın nəticəsinə əsasən sonda X ”A” sinif şagirdlərindən ibarət “Şuşa” komandası qalib olaraq yarışın kubokuna layiq görülmüşlər . Məktəbin biologiya müəllimi Salehə Məmmədovanın məntiqi və düşündürücü suallardan ibarət təşkil etdiyi intellektual bilik yarışı şagirdlərin böyük marağına səbəb olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi