Məktəbdə "Kiçik Akademiya" Yaradılıb

Məktəbdə "Kiçik Akademiya" 2006- cı ildən fəaliyyət göstərir. Təhsilimizin inkişafına nail olmaq üçün şagirdlərimizdə stimul yaratmalıyıq. "Kiçik akademiya" şagirdlərin elmi yaradıcılığa marağını artırır, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir. Şagirdlər fənn müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, referat və təqdimatlar hazırlayırlar.Şagirdlərin elmi dünyagörüşünü formalaşdırmaq istiqamətində müxtəlif işlər aparılır. İlk dəfə məktəbdə “Kiçik Akademiya” nın prezidenti məktəbin kimya müəllimi Svetlana Axundova olmuşdur. Hər tədris ilinin sonunda “Kiçik Akademiya”da fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən rəğbətləndirilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi