“Bəşəriyyətin bəlası narkomaniya” adlı maarifləndirici tədbir keçirildi

26 noyabr 2021-ci il tarixdə məktəbdə “Bəşəriyyətin bəlası narkomaniya” adlı maarifləndirici tədbir keçirildi.Tədbirdə şagirdlərə narkomaniya, alkoqollu içkilər və bu kimi həyat üçün təhlükəli olan vərdişlər haqqında məktəbin biologiya müəllimi Salehə Məmmədova geniş məlumat verdi. O, narkomaniya narkotiklərdən psixi və fiziki asılılıqdır,sonu ölümlə nəticələnən xəstəlikdir söyləyərək gəncləri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa səslədi. Narkotik tələdir, bu tələyə bir dəfə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də narkotikdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomanlıq uçuruma aparan yoldur. Məktəbin biologiya müəllimi Salehə Məmmədova bir daha yeniyetmələrə zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda maarifləndirici videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi