Sosial şəbəkələrdən istifadənin müsbət və mənfi cəhətləri
Virtual məkan genişləndikcə sosial şəbəkələrin də sayı artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər.
Məktəbin VI ”C” sinif şagirdi Rəna Şahmuradova həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələrdən istifadənin müsbət və mənfi cəhətlərini əks etdirən təqdimat hazırlayaraq, sinif yoldaşları ilə interaktiv seminar keçirmişdir.Seminarda sosial şəbəkələrin səmərəli əks -əlaqə imkanları,əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, ictimai davranış və münasibətlər sisteminə, gənc nəslin psixoloji və fiziki tərbiyəsinə ciddi təhlükələr yarada biləcəyi müzakirə olunmuşdur. Bu platformanın yalnız müəyyən zaman çərçivəsində və lazım olan məlumatların alınması üçün istifadə olunması tövsiyə edilmişdir.