Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir

Məktəbdə müasir Azərabaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər davam edir. 09.12.2021- ci il tarixdə VI “C” sinfində məktəbin tarix müəllimi Arzu Quliyevanın rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim , xalqımzın Ümummilli Lideri Heydər Əliyevin keçdiyi həyat yolunu xatırladaraq, zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı bütün dünyada təmsil etdiyini bildirmişdir. Ölkəmizin həyatının bütün sahələrində xüsusi ilə təhsil istiqamətində aparılan islahatlarda əldə edilmiş möhtəşəm naliyyətlərin dahi şəxsiyyətin müdrik dövlətçilik siyasəti ilə bağlı olduğunu şagirdlərin diqqətinə çatdıraraq qeyd etmişdir ki, onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır . Tədbir iştirakçılarının hazırladıqları təqdimatlar dinlənilmiş və fərqlənən şagirdlər rəğbətləndirilmişdir. Sonda videoçarx nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi