Təbiəti qoruyanlar
“Təbiəti qoruyanlar” adlı layihəsinin həyata keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrası ilə əlaqədar məktəbdə bir sıra silsilə tədbirlər həyata keçirilir.
25.05.2022-ci il tarixdə məktəbin biologiya məllimi Salehə Məmmədovanın təşkilatçılığı ilə “Təbiəti qoruyanlar” adlı şagird qrupunun iştirakı ilə dibçək güllərinin əkilməsi və onlara qulluq qaydaları öyrədilmişdir. VI “C” sinif şagirdləri müxtəlif növ otaq bitkiləri əkmişlər.
Məktəb üzrə VI “C” sinfi “Yaşıl sinif” adlandırılmışlar. Salehə Məmmədova “Yaşıl sinif”də ekoloji guşənin hazırlanması, ekoloji plakatların, kitabçaların, animasiyaların hazırlanması barədə geniş maarifləndirici məlumatlar vermişdir.
Əsas məqsəd şagirdlərin ekoloji maarifləndirməsi, onların tədqiqatçılıq bacarığının artırılması, müəllim-şagird əməkdaşlığının inkişafı, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunmasından ibarət olmuşdur.