Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli,2307 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.12.2020-ci il tarixli,F-560 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 19.01.2021-ci il tarixli F-07 nömrəli əmrinə əsasən 9-11-ci  sinif şagirdləri ilə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda profilaktik söhbət aparılıb.   Məişət zorakılığı geniş yayılmış problemlərdən biridir. Əksər ailələrdə bu problem özünü müəyyən formada biruzə verir. Bəs onun qarşısını necə almaq və ona qarşı necə mübarizə aparmaq lazımdır? Müntəzəm olaraq məişət zorakılğı ilə əlaqədar maarifləndirmə işləri aparılır, problem varsa zorakılıqla deyil sivil formada həll edilir. Məktəbin psixoloqu  Bahar Qasımova və həkimin iştirakı ilə şagirdlərlə bu  mövzu ətrafında profilaktik söhbətlər aparılıb, geniş məlumatlandırıcı məsləhətlər verilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi