“Kiçik akademiya” üzvlərinin alimlərlə görüşü keçirildi

Məktəbdə yaradılmış “Kiçik akademiya” şurasının iclası keçirildi. İclasda  “Kiçik akademiya” şurasının üzvləri ilə bərabər dəvət edilmiş alimlər –  riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev, kimya üzrə fəlsəfə doktoru  Faiq Məmmədov, coğrafiya üzrə fəlsəfə dokturu Azərbaycan Dövlət Pedoqoji Universitetinin iqtisadi coğrafiya kafedrasının müdiri, dosent  Oqtay Alxasov, BŞTİ – nın “İnkişaf Layihələri”  sektorunun baş məsləhətçisi Sevinc Əzimova  iştirak etdilər. İclası məktəbin direktoru K.H. Tanrıverdiyeva açaraq qonaqları salamladı. Təlim – tərbiyə işləri üzrə direktor müavini uzun müddət “Kiçik akademiya” -  nın prezidenti  olmuş Mənsim Həsənov 13 il müddətində “Kiçik akademiya” -nın keçdiyi yolu şərh etmiş, şagirdlərin uğurlarından danışdı. “Kiçik akademiya” -nın indiki prezidenti  Solmaz Süleymanova, bölmə rəhbəri  Arzu Babayeva cari tədris ilində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. “Kiçik akademiya”  – nın fəal üzvlərindən olan  Nigar  Allahverdiyeva  “ Müasir Azərbaycanda ordu quruculuğu  ”  mövzusunda məruzə  ilə çıxış etdi.      Sonda alimlər dəyərli tövsiyələri ilə maraqlı çıxışlar etdilər.     “Kiçik akademiya” - nın  qərarı ilə iclasda iştirak edən alimlər akademiya şurasının fəxri üzvü seçildilər. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi