Nizami Gəncəvinin “Xeyir və Şər” əsərində xeyirxahlıq
Dahi Azərbaycan şairi “Nizami Gəncəvinin 880 ili” ilə əlaqədar silsilə tədbirlər davam edir. Zəngin ədəbi irsin, söz sənətinin nadir incilərindən olan şairin əsərlərinin şagirdlərə tanıdılması və öyrədilməsi məqsədilə məktəbin Rus dili və ədəbiyyat müəllimi Sənubər Almasova VII ”C” sinfinin iştirakı ilə tədbir təşkil edilmişdir.
Əvvəlcə şagirdlərin hazırladıqları təqdimatlar dinlənilmiş, şairin əsərlərindən müxtəlif parçalar səsləndirilmişdir.
Dünya əzəldən xeyirlə şərin mübarizəsi üzərində qurulub. İşıq, aydınlıq xeyir qüvvələrin, zülmət, qaranlıq isə şər qüvvələrin nişanəsidir.
Şagirdlər şairin “Xeyir və Şər” əsərini səhnələşdirərək mənfi və müsbət qəhrəmanların xarakterik obrazlarını məharətlə oynamışlar. Xeyir nə qədər humanist və insanpərvərdirsə, şər o qədər zalım və qəddardır. Xeyir humanistliyinə axıradək sadiq qalaraq daha da zirvəyə yüksəlir. Şər isə etdiyi pisliklərin müqabilində məhv olur.
Həyatda da belədir. İnsanlar ucalmaq üçün bir-birinə arxa olmalıdırlar. Nahaq demirlər ki, bəşəriyyəti xeyirxahlıq, humanistik xilas edəcəkdir.
Qüdrətli söz ustası Nizami Gəncəvinin ölməz əsərləri bu gün də insanlarıın kamilləşməsinə misilsiz xidmət göstərir.