Müalicəvi dərman bitkiləri
Dərman bitkiləri müxtəif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan bitki qrupudur. Dərman bitkilərinin öyrənilməsi və onlardan istifadə olunması ən qədim dövrdən başlayır.
Azərbaycan Respublikasının ərazisi dərman bitkiləri ilə zəngidir.
Məktəbin VII “A” sinif şagirdləri dərman bitkiləri haqqında araşdırmalar apararaq müxtəlif məlumatlar toplamışlar. Aparılan tədqiqatlar zamanı müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən bitkilərin faydası və müalicəvi əhəmiyyətinin olması müəyyən edilmişdir.
Yaşadıqları diyarın dərman bitkiləri haqqında araşdırma aparan qruplar hazırladıqları təqdimatlarla çıxışlar etmiş və sonda videoçarxlar nümayiş etdirmişlər.
Bilməliyik ki, Azərbaycanın münbit torpağında bitən hər bir bitkinin böyük faydaları vardır. Təbiətə göstərdiyimiz hər bir qayğını, o bizə şəfa olaraq geri qaytarır