Kiçik Akademiya

"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda referat-yazı müsabiqəsinə yekun vurulmuşdurBakı Şəhəri İcra Hakimiyyətinin layihəsi olan "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda Nəsimi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi referat-yazı müsabiqəsinə yekun vurulmuşdur. 23 nömrəli məktəbdə təşkil olunmuş musabiqədə məktəbimizin tarix müəllimi Sevinc Ağayevanın elmi rəhbərliyi ilə 9 B sinif şagirdi, həmçinin Kiçik Akademiyanın üzvü Ülvi Balabəyli "Azərbaycan Tunc dövründə" mövzusu ilə iştirak etmiş və Nəsimi rayon məktəbləri içərisində qaliblər siyahısına düşmüşdür. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nəsimi rayonu məktəbləri, həmçinin məktəbimizin direktoru, təlim tərbiyə işləri üzrə direktor müavini, biologiya müəllimi, 9 B sinif şagirdləri də iştirak edirdilər.

Ətraflı

7 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür7 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar məktəb Kiçik Akademiyasının üzvlərinin 6 A sinfində tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, Mübariz İbrahimov və torpaqlarımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etmişdir. Tədbirdə KA rəhbəri Sevinc Ağayeva, şagird vitse-prezidenti, həmçinin tədbir aparıcısı Tunar Quliyevin, 7 B, 8 B, 9 B siniflərindən olan KA üzvlərinin çıxışları, tədqiqat işləri, referatları, təqdimatları, şeirləri dinlənilmiş, Mübariz İbrahimova həsr olunmuş animasiya filmi izlənilmişdir.

Ətraflı

Kiçik Akademiyanın üzvləri ilə “20 Yanvarda doğulanlar” filmi izlənildiMəktəbin Kiçik Akademiyasının prezidenti Sevinc Ağayevanın rəhbərliyi ilə 7B, 8B, 9B siniflərindən olan Kiçik Akademiyanın üzvləri 6A sinfində 20 Yanvar faciəsinə həsr olunmuş dərs-tədbir təşkil etdilər. Tədbir 20 Yanvar və müstəqillik, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Ardınca tarix müəllimi Sevinc Ağayeva və üzvlər 6A sinif şagirdlərinə 20 Yanvar hadisələrinin azadlıq və müstəqillik yolunda ən mühüm, əhəmiyyətli addım olduğunu qeyd etmiş, bu haqda dolğun məlumat vermiş, referatlar nümayiş etdirmişlər. Tədbir şagirdlərə “20 Yanvarda doğulanlar” adlı filmin nümayiş olunması ilə başa çatdı.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, millət vəkili İltizam Yusifov, Təhsil İnstitutunun şöbə müdiri Səbinə Babayeva, “Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, alimlər, ziyalılar, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Məktəbimizin 8 B sinif şagirdi Əsma Hüseynli "Ağıllı şəhər" layihəsi ilə Nəsimi rayon üzrə Kiçik Akademiyanın konfransında ilk onluğa düşmüş, 20 nömrəli məktəbdə keçirilən "Heydər Əliyev İli"nə həsr olunmuş "Kiçik Akademiya"ların böyük dahiləri" adlı I Ümumşəhər Konfransında fərqləndiyinə və fəal iştirakına görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Şagirdimizə və elmi rəhbər olan fizika müəllimi Solmaz Ulubəyovaya dərin təşəkkürümüzü bildirir və uğurlarının davamını arzulayırıq.

Ətraflı

Kiçik Akademiya təqdimatları" adlı konfrans keçirildiAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21.01.2008-ci il tarixli 63 nömrəli əmri ilə ümumtəhsil məktəblərində əsası qoyulan “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir. Məktəbimzdə də 100-ə yaxın şagird Kiçik Akademiyanın üzvüdür. Prezident tarix müəllimi Sevinc Ağayeva, şagird-prezident isə 9-cu sinif şagirdi Hüseyn Səmədzadədir. Bakı Şəhər Təhsil İdarəsi tərəfindən Nəsimi rayon məktəbləri arasında 164 nömrəli məktəbdə "Kiçik Akademiya təqdimatları" adlı elmi konfrans keçirildi. Məktəbimizin 8B sinif şagirdi Hüseynli Əsma həmin konfransda "Ağıllı şəhər" adlı proyekti ilə çıxış etdi. Həmin konfransda məktəbin fizika müəllimi Solmaz Ulubəyova və tarix müəllimi Sevinc Ağayeva da iştirak edirdi.

Ətraflı

"Sənə can qurban, Azərbaycan!"Məktəb "Kiçik akademiyası" üzvlərinin iştirakı ilə Qarabağ şəhidi, məktəbimizin məzunu Ceyhun Useynovun xatirə lövhəsinin qarşısında "Sənə can qurban, Azərbaycan!" adlı Anım tədbiri keçirilmişdir. Tədbirdə Kiçik Akademiyanın rəhbəri Sevinc Ağayeva, direktor müavinləri Gülnarə İsmayılova, Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova, kitabxana müdiri Təzəgül Məmmədova, müəllimlər iştirak etdilər. Tədbir 44 günlük vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın 1 dəqiqə sükutla yad olunması ilə başlanılmış, Sevinc Ağayeva zəfər tariximizi qızıl hərflərlə yazmış qəhrəmanlarımızdan söz açmış, 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımızı işğaldan azad olunmasını böyük bir tarixi qələbəmiz kimi qeyd etmişdir. Tədbirdə Kiçik Akademiyanın üzvləri 44 günlük vətən müharibəsindən, azad edilmiş ərazilərimizdən, qəhrəman oğullarımızın döyüşlərdəki şücaətindən, Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan quruculuq işlərindən bəhs etmiş, şeirlər səsləndirmiş, referatlarını təqdim etmişlər. Sonda direktor müavini Aidə Quluyeva çıxış edərək şagirdlərimizdə olan vətənpərvərlik hissini yüksək qiymətləndirmiş, şəhid məzunlarımızla bağlı məlumatlar vermiş, qəhrəmanlarımızı böyük ehtiramla yad etmişdir.

Ətraflı

"Kiçik Akademiya təqdimatları" adlı konfrans keçirildiAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21.01.2008-ci il tarixli 63 nömrəli əmri ilə ümumtəhsil məktəblərində əsası qoyulan “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir. Məktəbimzdə də 100-ə yaxın şagird Kiçik Akademiyanın üzvüdür. Prezident tarix müəllimi Sevinc Ağayeva, şagird-prezident isə 11-ci sinif şagirdi Amin Hümbətovdur. Bakı Şəhər Təhsil İdarəsi tərəfindən Nəsimi rayon məktəbləri arasında "Kiçik Akademiya təqdimatları" adlı elmi konfrans keçirildi. Məktəbimizin 8B sinif şagirdi Ülvi Balabəyli də həmin konfransda "Suyun təmizlənmə yolları" adlı elmi araşdırma edərək çıxış etmişdir. Həmin konfransda məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və tarix müəllimi Sevinc Ağayeva da iştirak edirdi.

Ətraflı

"Su həyat mənbəyidir"Onsuz nə həyat, nə bitkilər, nə heyvanlar yaşaya bilməz, bir sözlə həyat mümkün olmaz. Biz onu hər gün içirik, onunla yuyunur, təmizlik yaradırıq. O, doğrudan da, möcüzədir. Kiçik akademiyanın üzvləri ilə "Su həyat mənbəyidir" adlı tədbir keçirilmişdir. Məktəbin konfrans zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladıqdan sonra tarix müəllimi Sevinc Ağayeva çıxış etdi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova iştirak edirdi. 6, 7 və 8-ci sinif şagirdləri ilə keçirilən tədbirdə şagirdlər slaydlar, referatlar, viderotəqdimatlar hazırladı, çıxışlar əsnasında bir-birilərinə suallar verdi. Sonda Kiçik Akademiyanın üzvləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirdiyi "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda fərqləndiklərinə görə Təşəkkürnamələrlə təltif edildilər.

Ətraflı

"Heydər Əliyev ili" çərçivəsində Kiçik Akademiyanın üzvləri ilə elmi konfransMəktəb Kiçik Akademiyasında ulu öndər Heydər Əliyevin 100 illiyi- "Heydər Əliyev ili" ilə bağlı olaraq elmi konfrans keçirilmişdir. Kiçik Akademiyanın prezidenti tarix müəllimi Sevinc Ağayevanın təşəbbüsü ilə keçirilən konfransda dahi şəxsiyyətin zəngin irsi KA üzvləri tərəfindən araşdırılmış, təqdimatlar dinlənilmiş və geniş müzakirələr aparılmışdır.

Ətraflı

“Sabahın alimləri” XII Respublika MüsabiqəsiABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçirildi. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan müsabiqə çərçivəsində Məktəbimizin 10C sinif şagirdi Ayxan Abdullayev fizika, astronomiya istiqaməti üzrə final mərhələsinə vəsiqə qazanıb. Şagirdimizi təbrik edir, final mərhələsində uğurlar arzulayırıq.

Ətraflı

“Zəfər tarixi”“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə və Təhsil Nazirliyinin "2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə" əmrinə uyğun olaraq mayın 31-də məktəbdə “Zəfər tarixi” konfransı keçirildi. Konfransın iştirakçıları tarix müəllimləri və 9-cu sinif şagirdləridir. Konfrans 2 (iki) mərhələdə təşkil olunmuşdur. Məqsəd şagirdləri Zəfər tariximiz barədə məlumatlandırmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan, şəhid olan qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Konfrans iştirakçıları əvvəlcə Qarabağ müharibəsində həlak olan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdilər. Konfransın I mərhələsində məktəbin “Zəfər tarixi” fənnini tədris edən müəllimləri S.Ağayeva, Y.Ağayeva, S.Behbudova 9-cu sinif şagirdlərinin iştirakı ilə Zəfər tariximiz barədə izləyicilərə məlumat verdilər. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılaraq, müzakirələr təşkil edildi. İnteraktiv dərsdə məktəb rəhbərliyi və digər tarix müəllimləri də iştirak edirdilər. Zəfər tarixinə aid interaktiv viktorina keçirildi. II mərhələdə məktəb rəhbərliyi və tarix müəllimlərinin iştirakı ilə interaktiv konfrans təşkil edildi. Konfransda məktəbdə “Zəfər tarixi” fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı və s. istiqamətlərdə müzakirələr aparılaraq şagirdlərin təqdimatları və çıxışları dinlənildi. Konfransın sonunda məktəbin direktoru S.B.Budaqova çıxış edərək şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə konfransların keçirilməsinin vacibliyini vurğulayıb.

Ətraflı

“Şuşa İli” ilə bağlı tədbir keçirildi.Məktəbin konfrans zalında Kiçik Akademiyanın (bundan sonra KA) üzvləri “Şuşa İli” çərçivəsində geniş miqyaslı tədbir keçirdilər. KA-nın rəhbəri Sevinc Ağayeva tədbiri açaraq Şuşa ili haqqında məlumat verdi. Şagirdlər isə Şuşanın tarixi, işğaldan əvvəl və sonrakı dövrü, təbiəti, flora və faunası, tarixi şəxsiyyətləri haqqında öz araşdırmalarından ibarət təqdimatlarını nümayiş etdirdilər.

Ətraflı

Referat müsabiqəsiÜmummilli lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir. Bu münasibətlə məktəbin konfrans zalında “Kiçik Akademiya”nın noyabr-yanvar 2021-2022-ci il tarixində keçirdiyi referat müsabiqəsinin nəticələri barədə tədbir keçirildi. “Kiçik Akademiya”nın referat müsabiqəsində təqdim edilmiş “Gələcəyin peşə və ixtisasları”, “İqlim dəyişikliklərinə qarşı mübarizə”, “Sərfəli və təmiz enerji”, “Rəqəmsal bacarıqlar”, “Dəniz və torpaq eko sisteminin mühafizəsi” mövzulara baxılmış və öz kiçik elmi araşdırmaları ilə fəal iştirak etmiş “Kiçik Akademiya” üzvlərinə təşəkkürnamələr təqdim olunmuşdur.

Ətraflı

Kiçik AkademiyaBu gün-20 dekabr 2021-ci il tarixində məktəb “Kiçik Akademiya”sının elmi-praktiki konfransı keçirilmişdir. Konfransda “Kiçik Akademiya”nın üzvləri, onun rəhbəri S.Ağayeva, təlim tərbiyə işləri üzrə direktor müavini A.Quliyeva və digər müəllimlər iştirak etmişlər. Konfrans şagirdlərin 8 mövzu üzrə olan elmi araşdırmalarının müzakirəsinə, qarşıda “Kiçik Akademiya”da görüləcək işlərə həsr olunmuşdur. Elmi-praktiki konfrans Azərbaycan Respublikasının himni ilə açılmış, ”Kiçik Akademiya”nın rəhbəri Sevinc Ağayevanın və şagirdlərin çıxışları ilə davam etdirilmişdir. Konfransda iştirak edən şagirdlərin mövzular üzrə apardıqları elmi təqdimatlara baxılmış, fikirləri dinlənilmiş, müzakirələr aparılmşdır. Sonra qarşıda görüləcək işlər planlaşdırılmış və 10A sinif şagirdi Amin Hümbətov “Kiçik Akademiya”nın şagird-prezidenti seçilmişdir.

Ətraflı

“Reşadətlə yaşayanlar-ölümü fəth edənlər”F.Köçərli adına Respublika Uşaq kitabxanasının “8 noyabr-Zəfər günü”nə həsr etdiyi “Reşadətlə yaşayanlar-ölümü fəth edənlər” adlı yeniyetmələr arasında keçirdiyi ümumrespublika hekayə müsabiqəsində məktəb “Kiçik Akademiya”sının üzvləri 7b sinif şagirdi Balabəyli Ülvi, 9a sinif şagirdi Məmmədli Çimnaz seçilərək qalib olmuşlar. Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.

Ətraflı

“Kiçik Akademiya” rəhbəri Sevinc Ağayeva da iştirak etmişdir28 Oktyabr tarixində “Ümumtəhsil məktəblərində “Kiçik Akademiya”ların fəaliyyətlərinin gücləndirilməsinə dair Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına”əsasən “Kiçik Akademiya”rəhbərləri ilə onlayn görüş keçirilmişdir. Görüşdə məktəbimizin “Kiçik Akademiya” rəhbəri Sevinc Ağayeva da iştirak etmişdir. Onlayn görüşdə “Kiçik Akademiya”daxilində keçirilən tədbirlər, qarşıda duran məsələlər, görüləcək işlər müzakirə edilmiş, ”Kiçik Akademiya”nın Bakuka.az rəsmi saytı barədə məlumat verilmiş, dekabr ayında keçirilməsi nəzərdə tutulmuş “Kiçik Akademiya” üzvlərinin I Ümumşəhər konfransına hazırlıqlardan danışılmış, ”Kiçik Akademiya” rəhbərlərinin sualları BŞTİ-nin rəsmi nümayəndəsi Sevinc Əzimova tərəfindən cavablandırılmışdır.

Ətraflı

27 sentyabr - Anım GünüdürMəktəbimizdə 27 sentyabr Anım Günü ilə bağlı KA-nın üzvülərinin iştirakı ilə Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşl keçirilib.Məktəbin direktoru S,B. Budaqova. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin başladığını  tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Görüşdə iştirak edən məktəbin 2010-cu il məzunu Suqovuşan uğrunda gedən mübarizələrdə yaralanan qazi Abbasov Musa keçdiyi döyüş yolu haqqında danışdı. Şəhid anası Məmmədova Səadət xanım oğlu Məmmədli Nahid Vahid oğlunun məktəb illərindən vətənpərvər olduğunu, müharibənin ilk günlərindən könüllü döyüşlərə getməsindən, oktyabrın 17-də Suqovuşan uğrunda döyüşlərdə həlak olduğunu bildirdi. Tədbirdə şagirdlərimizin hazırladıqları təqdimatlar nümayiş etdirildi və şeyrlərsöylənildi. Məktəbin hərbi rəhbəri Vaqif müəllim, həmkarlar komitəsinin sədri Əli müəllim və əslən Şuşadan olan IQarabağ döyüşlərində həyat yoldaşını itirmiş Nəzirə müəllimə çıxış etdi.

Ətraflı

KonfransBu gün Nəsimi rayon məktəblərinin "Kiçik Akademiya" rəhbərlərinin və məktəb direktorlarının iştirakı ilə 2020/2021-ci tədris ilində "Kiçik Akademiya"da görülmüş işlərə aid yekun konfrans keçirilmişdir. Konfransda məktəb “Kiçik Akademiyası"nın rəhbəri Sevinc Ağayeva və şagird-prezident Fidan İsmayılova iştirak etmişlər. Konfransda görülmüş işlərdən danışılmış, təqdimatlar nümayiş etdirilmiş, gələcək işlərin istiqamətləri müəyyənləşdirilmişdir.

Ətraflı

Fənn müsabiqəsiBakı şəhəri ümumtəhsil məktəblilərinin VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin 1-ci mərhələsində KA-nın aşağıdakı üzvləri -Ülvi Balabəyli,Əsədli Əsəd, İbrahimli Aylin, Səmədzadə Hüseyn qalib gələrək finala yüksəlmişlər.

Ətraflı

Qasımov Nihad"Kiçik Akademiya"nın üzvü 11A sinif şagirdi Qasımov Nihad Respublika fənn olimpiadasında tarix fənni üzrə yüksək nəticə göstərərək yarımfinalda iştirak etmişdir.

Ətraflı

Aslanov KənanMəktəbimizin şagirdi Aslanov Kənan Nəsimi rayonu məktəbliləri arasında keçirilən müsabiqədə “Uğurlu siyasətin davamı-İlham Əliyevin hakimiyyətə gəlməsi” mövzusu ilə çıxış etmiş və fəxri fərmanla təltif olunmuşdur

Ətraflı

Həşimova Nəsibə9A sinif şagirdi Həşimova Nəsibə "Qarabağ Azərbaycandır"mövzusunda onlayn intellektual müsabiqənin məktəb, rayon turu üzrə qalib olmuş, şəhər turunda uğurla iştirak etmişdir. Həmçinin, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilmiş "Heydər Əliyev və Gənclər siyasəti" mövzusunda Ən yaxşı təqdimat müsabiqəsində uğurla iştirak etmişdir.

Ətraflı

Heydər Əliyev və Azərbaycan tarixiMəktəbimizin tarix müəllimi Sevinc Ağayevanın elmi rəhbərliyi ilə şagirdimiz Məmmədzadə Mədinə 2019-cu ildə Bakı şəhər İcra hakimiyyətinin təşkil etdiyi Bakı məktəbliləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda ən yaxşı referat müsabiqəsinin qalibi olmuş və onun elmi işi "Heydər Əliyev və Azərbaycan tarixi" adlı elmi məruzələr toplusunda çap olunmuşdur.

Ətraflı

"Kiçik Akademiya"Məktəbimizdə "Kiçik Akademiya" 1 oktyabr 2018-ci ildə yaradılmışdır. "Kiçik Akademiya"nın 3 bölməsi fəaliyyət göstərir: humanitar, texniki və təbiət. "Kiçik Akademiya"nın prezidenti məktəbin tarix müəllimi Ağayeva Sevinc, vitse-prezidentləri: humanitar bölmə üzrə Ağayeva İradə, texniki bölmə üzrə Əhmədova Güllü, təbiət bölməsi üzrə Əsədullayeva Leyladır. "Kiçik Akademiya"nın 121 şagirddən ibarət üzvü vardır. Yaradıcılıq, elmi-tədqiqat işləri ilə seçilən şagirdlərimiz elmi konfranslarda, müsabiqələrdə, olimpiadalarda uğurla iştirak edirlər.

Ətraflı

"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçı müsabiqəsinin ilk məktəb mərhələsiDekabrın 4-də məktəbdə VIII-X sinif şagirdlərinin iştirakı ilə "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçı müsabiqəsinin məktəb mərhələsi təşkil edildi. Bu mərhələdə şagirdlər komanda şəklində iştirak etdilər. Müsabiqə üç mərhələdən ibarətdir. İlk mərhələ məktəbdaxili keçiriləcək ən yaxşı araşdırma işi seçilərək ikinci mərhələyə təqdim olunacaq. Şagirdlər müxtəlif istiqamətlərə aid mövzular üzərində təqdimat və tədqiqat işlərini təqdim etdilər. Komandalarda həm Azərbaycan, həm də rus bölmələrindən şagirdlər seçilmişdi. Məktəb müəllimlərindən ibarət münsiflər heyətinin qərarına əsasən qalib seçilib rayon mərhələsində iştirak etmək hüququ qazanır.

Ətraflı

“KİÇİK AKADEMİYA” HAQQINDA ƏSASNAMƏI. ÜMUMİ MÜDDƏALAR 1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı
HAQQIMIZDA

      Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib. 2014-cü ildə əsaslı təmir edilib. Məktəbdə 72 sinif otağı, i...

BİZİM FƏXRLƏRİMİZ

Abbas Əliyev Elnur

Təranə Həsənova Hidayət

HAQQIMIZDA

      Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib. 2014-cü ildə əsaslı təmir edilib. Məktəbdə 72 sinif otağı, i...

BİZİM FƏXRLƏRİMİZ

Abbas Əliyev Elnur

Təranə Həsənova Hidayət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi