"Kiçik Akademiya təqdimatları" adlı konfrans keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21.01.2008-ci il tarixli 63 nömrəli əmri ilə ümumtəhsil məktəblərində əsası qoyulan “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir. Məktəbimzdə də 100-ə yaxın şagird Kiçik Akademiyanın üzvüdür. Prezident tarix müəllimi Sevinc Ağayeva, şagird-prezident isə 11-ci sinif şagirdi Amin Hümbətovdur. Bakı Şəhər Təhsil İdarəsi tərəfindən Nəsimi rayon məktəbləri arasında "Kiçik Akademiya təqdimatları" adlı elmi konfrans keçirildi. Məktəbimizin 8B sinif şagirdi Ülvi Balabəyli də həmin konfransda "Suyun təmizlənmə yolları" adlı elmi araşdırma edərək çıxış etmişdir. Həmin konfransda məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva və tarix müəllimi Sevinc Ağayeva da iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi