Kiçik Akademiyanın üzvləri ilə “20 Yanvarda doğulanlar” filmi izlənildi

Məktəbin Kiçik Akademiyasının prezidenti Sevinc Ağayevanın rəhbərliyi ilə 7B, 8B, 9B siniflərindən olan Kiçik Akademiyanın üzvləri 6A sinfində 20 Yanvar faciəsinə həsr olunmuş dərs-tədbir təşkil etdilər. Tədbir 20 Yanvar və müstəqillik, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Ardınca tarix müəllimi Sevinc Ağayeva və üzvlər 6A sinif şagirdlərinə 20 Yanvar hadisələrinin azadlıq və müstəqillik yolunda ən mühüm, əhəmiyyətli addım olduğunu qeyd etmiş, bu haqda dolğun məlumat vermiş, referatlar nümayiş etdirmişlər. Tədbir şagirdlərə “20 Yanvarda doğulanlar” adlı filmin nümayiş olunması ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi