"Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı

“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, millət vəkili İltizam Yusifov, Təhsil İnstitutunun şöbə müdiri Səbinə Babayeva, “Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, alimlər, ziyalılar, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Məktəbimizin 8 B sinif şagirdi Əsma Hüseynli "Ağıllı şəhər" layihəsi ilə Nəsimi rayon üzrə Kiçik Akademiyanın konfransında ilk onluğa düşmüş, 20 nömrəli məktəbdə keçirilən "Heydər Əliyev İli"nə həsr olunmuş "Kiçik Akademiya"ların böyük dahiləri" adlı I Ümumşəhər Konfransında fərqləndiyinə və fəal iştirakına görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Şagirdimizə və elmi rəhbər olan fizika müəllimi Solmaz Ulubəyovaya dərin təşəkkürümüzü bildirir və uğurlarının davamını arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi