HAQQIMIZDA

      Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəb 1969-cu ildə tikilib. 2014-cü ildə əsaslı təmir edilib. Məktəbdə 72 sinif otağı, idman və akt zalı, bufet günün tələblərinə cavab verir. 2014-cü ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəb əsaslı surətdə təmir edildikdən sonra təşkil edilən açılışda iştirak edib.

       2023-2024-cü tədris ilində məktəbdə təhsil alan 1400 şagirdin təlim-tərbiyəsi ilə 86 nəfər müəllim məşğul olur. Məktəbimiz 1 növbəlidir və 5 günlük dərs qrafiki ilə fəaliyyət göstərir. Müəllimlərdən 2 nəfəri elmlər namizədi və fəlsəfə doktorudur. 1 nəfər müəllimimiz "Əməkdar müəllim" adına layiq görülmüş, 1 nəfər müəllimimiz isə "İlin müəllimi" müsabiqəsinin qalibi olmuşdur. Son beş ildə məktəbin 36 məzunu 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olmuş, 4 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür. Məktəb iki dəfə-2007-2008 və 2012-2013-cü illərdə "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

     Məktəbdə təlim dili Azərbaycan və rus dilidir. Rus bölməsinin nəzdində Yəhudi mənşəli uşaqlardan ibarət komplektləşdirilmiş siniflərdə İbri dili tədris olunur. Hər tədris ili məzunların respublikanın ali məktəblərinə qəbul göstəricisi 57-63% təşkil edir.

      Məktəbin devizi: "Bu günün yüksək təhsili, sabahın parlaq gələcəyi, inkişafın qarantıdır".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi