FƏXRİMİZ

Ağabəy Oqtay oğlu Novruzbəyli

 

      Ağabəy Oqtay oğlu Novruzbəyli 23 may 1971-ci ildə Bakı şəhərində anadan olub.

      1988-ci ildə Nəsimi rayonunda yerləşən 46№li tam orta məktəbi bitirib. Məktəbdə oxuduğu müddətdə yüksək nizam-intizamlı, davranışı və çalışqanlığı ilə pedaqoji kollektivin hörmətini qazanmış, məktəbin ictimai işlərində fəal iştirak etmişdir. Elmə, təhsilə  marağı olan Ağabəy Novruzbəyli rayon və respublika üzrə keçirilən  olimpiadalarda  iştirak  edərək layiqli yer tutmuşdur. Orta məktəbi əla qiymətlərlə başa vurub, M.Əzizbəyov adına Azərbaycan Sənayə Universitetinin kimya-texnologiya fakültəsinə daxil olmuşdur.

     1990-cı il 20 Yanvar faciəsi Ağabəyi sarsıtdı. 20 Yanvar faciəsindən 129 gün sonra mayın 19-u doğum günü  zəhər içərək,  yaşamaqdan imtina edir. 19 yaşını xəstəxanada başa vurur.

     06.05.1992-ci il tarixində Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin 246/1№li əmri ilə Ağabəy Novruzbəylinin adının 20 yanvar şəhidləri ilə bərabər tutulması barədə sərəncam verilib.

Nazirlər Kabinetinin 02 aprel 1993-cü il tarixli  i-68№li qərarı ilə 46№li tam orta məktəbə 1990-cı il 20 Yanvar şəhidi Ağabəy Novruzbəylinin adı verilmişdir.

     Büstü yoxdur. Döyüş yolu yoxdur. Məktəbdə guşəsi var. Şəhidlər xiyabanında dəfn olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi