"Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir" adlı esse müsabiqəsinin yekun nəticələri elan olundu
5 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzi və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "2025-ci il Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir" adlı esse müsabiqəsinin yekun tədbiri keçirildi. Müsabiqəyə "Güclü lider, güclü dövlət" adlı essesi ilə qoşulan təmsilçimiz- 10 B sinif şagirdi və məktəb Kiçik Akademiyasının üzvü Tunar Quliyevin essesi yüksək qiymətləndirilərək sertifikata layiq görüldü.
Həmçinin məktəbimizin 7 A sinif şagirdi Arif Rəhimli tədbirdə mahnı ifa edirdi.