"Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir keçirildi
28 May - Azərbaycanın Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
28 may Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar məktəbin tarix müəllimi Sevinc Ağayevanın rəhbərliyi və təşkilatçılığı ilə 9b, 8b, 5ç sinif şagirdləri və Kiçik Akademiyanın üzvləri ilə birlikdə "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməsi və torpaq uğrunda canından keçən şəhidlərin, Cümhuriyyət qurucularının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 9 B sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyəti qurucularını canlandıraraq AXC-nin yaranma şəraitinin, kabinə üzvlərinin fəaliyyətini əks etdirən səhnələr nümayiş etdirdilər. AXC zamanı Milli şuranın sədri M.Ə.Rəsulzadə rolunda Quliyev Tunar, F.Xoyski rolunda Həsənli Elman, X.Xasməmmədov rolunda Qurbanlı Fərid, S.Mehmandarov rolunda Əsədli Əsəd, N.Yusifbəyli rolunda Dadaşov Əfqan, X.Məlikaslanov rolunda Abbaslı Sərdar, M.Y.Cəfərov rolunda İsmayılov
Murad, H.Hacınski rolunda Şıxızadə Nihad, S.Ağamalıoğlu rolunda Balabəyli Ülvi çıxış etdilər. Ardınca isə "Cümhuriyyət nəğməsi" mahnısını səsləndirdilər.
Tədbiri daha yadda qalan etmək üçün şeirlər səsləndirildi, rəqslər nümayiş olundu. Şeirləri 8 B sinif şagirdi Hüseynli Əsma, 9 B sinif şagirdi Quliyev Tunar səsləndirmiş, rəqsləri 9 B sinif şagirdi Şıxızadə Nihat, 5 Ç sinif şagirdləri, həmçinin 7 B sinif şagirdi Aslanlı Ayla, 9b sinif şagirdləri Hüsenli Zəhra və Zərgərova Aydan ifa etmişdilər.
Müstəqilliyin bərpasında Ulu öndər Heydər Əliyevin, müstəqilliyimizin daha da möhkəmləndirilməsində cənab prezident İlham Əliyevin siyasi fəaliyyətlərindən, Ali Baş Komandan cənab İlham Əliyevin ərazilərimizin işğaldan azad edilməsində göstərdiyi misilsiz xidmətdən danışılmış, video çarxlar göstərilmişdir. Sonda tədbiri təşkil edən tarix müəllimi Sevinc Ağayeva, tədbirdə iştirak edən məktəbin rəhbər heyəti və bir neçə valideyn də öz növbələrində ürək sözlərini söyləmiş və tarixi gərcəklərin bir hissəsini şagirdlərlə bölüşmüşdülər. Tədbir şagirdlərin ifasında "Sən Qalibsən" mahnısı ilə yekunlaşmışdır.