"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçı müsabiqəsinin ilk məktəb mərhələsi

Dekabrın 4-də məktəbdə VIII-X sinif şagirdlərinin iştirakı ilə "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçı müsabiqəsinin məktəb mərhələsi təşkil edildi. Bu mərhələdə şagirdlər komanda şəklində iştirak etdilər. Müsabiqə üç mərhələdən ibarətdir. İlk mərhələ məktəbdaxili keçiriləcək ən yaxşı araşdırma işi seçilərək ikinci mərhələyə təqdim olunacaq. Şagirdlər müxtəlif istiqamətlərə aid mövzular üzərində təqdimat və tədqiqat işlərini təqdim etdilər. Komandalarda həm Azərbaycan, həm də rus bölmələrindən şagirdlər seçilmişdi. Məktəb müəllimlərindən ibarət münsiflər heyətinin qərarına əsasən qalib seçilib rayon mərhələsində iştirak etmək hüququ qazanır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi