27 sentyabr - Anım Günüdür

Məktəbimizdə 27 sentyabr Anım Günü ilə bağlı KA-nın üzvülərinin iştirakı ilə Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşl keçirilib.Məktəbin direktoru S,B. Budaqova. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin başladığını  tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Görüşdə iştirak edən məktəbin 2010-cu il məzunu Suqovuşan uğrunda gedən mübarizələrdə yaralanan qazi Abbasov Musa keçdiyi döyüş yolu haqqında danışdı. Şəhid anası Məmmədova Səadət xanım oğlu Məmmədli Nahid Vahid oğlunun məktəb illərindən vətənpərvər olduğunu, müharibənin ilk günlərindən könüllü döyüşlərə getməsindən, oktyabrın 17-də Suqovuşan uğrunda döyüşlərdə həlak olduğunu bildirdi. Tədbirdə şagirdlərimizin hazırladıqları təqdimatlar nümayiş etdirildi və şeyrlərsöylənildi. Məktəbin hərbi rəhbəri Vaqif müəllim, həmkarlar komitəsinin sədri Əli müəllim və əslən Şuşadan olan IQarabağ döyüşlərində həyat yoldaşını itirmiş Nəzirə müəllimə çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi