Kiçik Akademiya

Bu gün-20 dekabr 2021-ci il tarixində məktəb “Kiçik Akademiya”sının elmi-praktiki konfransı keçirilmişdir. Konfransda “Kiçik Akademiya”nın üzvləri, onun rəhbəri S.Ağayeva, təlim tərbiyə işləri üzrə direktor müavini A.Quliyeva və digər müəllimlər iştirak etmişlər. Konfrans şagirdlərin 8 mövzu üzrə olan elmi araşdırmalarının müzakirəsinə, qarşıda “Kiçik Akademiya”da görüləcək işlərə həsr olunmuşdur. Elmi-praktiki konfrans Azərbaycan Respublikasının himni ilə açılmış, ”Kiçik Akademiya”nın rəhbəri Sevinc Ağayevanın və şagirdlərin çıxışları ilə davam etdirilmişdir. Konfransda iştirak edən şagirdlərin mövzular üzrə apardıqları elmi təqdimatlara baxılmış, fikirləri dinlənilmiş, müzakirələr aparılmşdır. Sonra qarşıda görüləcək işlər planlaşdırılmış və 10A sinif şagirdi Amin Hümbətov “Kiçik Akademiya”nın şagird-prezidenti seçilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi