“Zəfər tarixi”

“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə və Təhsil Nazirliyinin "2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə" əmrinə uyğun olaraq mayın 31-də məktəbdə “Zəfər tarixi” konfransı keçirildi. Konfransın iştirakçıları tarix müəllimləri və 9-cu sinif şagirdləridir. Konfrans 2 (iki) mərhələdə təşkil olunmuşdur. Məqsəd şagirdləri Zəfər tariximiz barədə məlumatlandırmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan, şəhid olan qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Konfrans iştirakçıları əvvəlcə Qarabağ müharibəsində həlak olan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdilər. Konfransın I mərhələsində məktəbin “Zəfər tarixi” fənnini tədris edən müəllimləri S.Ağayeva, Y.Ağayeva, S.Behbudova 9-cu sinif şagirdlərinin iştirakı ilə Zəfər tariximiz barədə izləyicilərə məlumat verdilər. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılaraq, müzakirələr təşkil edildi. İnteraktiv dərsdə məktəb rəhbərliyi və digər tarix müəllimləri də iştirak edirdilər. Zəfər tarixinə aid interaktiv viktorina keçirildi. II mərhələdə məktəb rəhbərliyi və tarix müəllimlərinin iştirakı ilə interaktiv konfrans təşkil edildi. Konfransda məktəbdə “Zəfər tarixi” fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı və s. istiqamətlərdə müzakirələr aparılaraq şagirdlərin təqdimatları və çıxışları dinlənildi. Konfransın sonunda məktəbin direktoru S.B.Budaqova çıxış edərək şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə konfransların keçirilməsinin vacibliyini vurğulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi