“Sabahın alimləri” XII Respublika Müsabiqəsi

ABŞ-ın Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçirildi. Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyan müsabiqə çərçivəsində Məktəbimizin 10C sinif şagirdi Ayxan Abdullayev fizika, astronomiya istiqaməti üzrə final mərhələsinə vəsiqə qazanıb. Şagirdimizi təbrik edir, final mərhələsində uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi