"Su həyat mənbəyidir"

Onsuz nə həyat, nə bitkilər, nə heyvanlar yaşaya bilməz, bir sözlə həyat mümkün olmaz. Biz onu hər gün içirik, onunla yuyunur, təmizlik yaradırıq. O, doğrudan da, möcüzədir. Kiçik akademiyanın üzvləri ilə "Su həyat mənbəyidir" adlı tədbir keçirilmişdir. Məktəbin konfrans zalında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladıqdan sonra tarix müəllimi Sevinc Ağayeva çıxış etdi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova iştirak edirdi. 6, 7 və 8-ci sinif şagirdləri ilə keçirilən tədbirdə şagirdlər slaydlar, referatlar, viderotəqdimatlar hazırladı, çıxışlar əsnasında bir-birilərinə suallar verdi. Sonda Kiçik Akademiyanın üzvləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirdiyi "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" mövzusunda fərqləndiklərinə görə Təşəkkürnamələrlə təltif edildilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi