Kiçik Akademiya təqdimatları" adlı konfrans keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 21.01.2008-ci il tarixli 63 nömrəli əmri ilə ümumtəhsil məktəblərində əsası qoyulan “Kiçik Akademiya” yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin elmi birliyidir. Məktəbimzdə də 100-ə yaxın şagird Kiçik Akademiyanın üzvüdür. Prezident tarix müəllimi Sevinc Ağayeva, şagird-prezident isə 9-cu sinif şagirdi Hüseyn Səmədzadədir. Bakı Şəhər Təhsil İdarəsi tərəfindən Nəsimi rayon məktəbləri arasında 164 nömrəli məktəbdə "Kiçik Akademiya təqdimatları" adlı elmi konfrans keçirildi. Məktəbimizin 8B sinif şagirdi Hüseynli Əsma həmin konfransda "Ağıllı şəhər" adlı proyekti ilə çıxış etdi. Həmin konfransda məktəbin fizika müəllimi Solmaz Ulubəyova və tarix müəllimi Sevinc Ağayeva da iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi