“Kiçik Akademiya” rəhbəri Sevinc Ağayeva da iştirak etmişdir

28 Oktyabr tarixində “Ümumtəhsil məktəblərində “Kiçik Akademiya”ların fəaliyyətlərinin gücləndirilməsinə dair Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına”əsasən “Kiçik Akademiya”rəhbərləri ilə onlayn görüş keçirilmişdir. Görüşdə məktəbimizin “Kiçik Akademiya” rəhbəri Sevinc Ağayeva da iştirak etmişdir. Onlayn görüşdə “Kiçik Akademiya”daxilində keçirilən tədbirlər, qarşıda duran məsələlər, görüləcək işlər müzakirə edilmiş, ”Kiçik Akademiya”nın Bakuka.az rəsmi saytı barədə məlumat verilmiş, dekabr ayında keçirilməsi nəzərdə tutulmuş “Kiçik Akademiya” üzvlərinin I Ümumşəhər konfransına hazırlıqlardan danışılmış, ”Kiçik Akademiya” rəhbərlərinin sualları BŞTİ-nin rəsmi nümayəndəsi Sevinc Əzimova tərəfindən cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi