Kiçik Akademiya

"Kiçik Akademiya"nın "Novruz gəlir,yaz gəlir" adlı tədbiri keçirilib2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planınə əsasən 15.03.2024 cü il tarixində "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürova 5 a sinfində “Novruz gəlir , yaz gəlir ! “ adlı Novruz bayramına həsr edilmiş sinif daxili tədbir keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca uşaqlar şeirlər söyləyib , mahnılar ifa edib , səhnəciklər göstərərək haxıştalar söylədilər. Novruz bayramının əsas personajları olan Bahar qızı, Keçəl , Kosa öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar,onlar müəllimləri və şagirdləri salamlayaraq qarşıdan gələn bayramlarını təbrik etmişlər. Tədbirdə Uşaq birliyi rəhbəri Günay Həsənli və KA -nın bəzi kafedra üzvləri də iştirak etmişlər .

Ətraflı

"Kiçik Akademiya"nın tədbiri keçirilib2023/2024-cü tədris ili üzrə məktəbin Fəaliyyət Planına əsasən 21.02.2024-cü il tarixdə "Kiçik Akademiya"nın rəhbəri Şükürova Alidə, 5 a sinfində ” 21 fevral -Ana dili günüdür“ mövzusunda sinif daxili tədbir keçirmişdir. Təbdir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamış Ana dilinə həsr olunmuş, səhnəciklər, şeirlər, mahnılar və milli rəqslərlə davam etmişdir . Tədbirdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla, psixoloq Nəsirzadə Günel iştirak etmişlər.

Ətraflı

"Kiçik Akademiya"nın tədbiri keçirilib28 dekabr 2023-cü il tarixində "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə məktəbin 5 a sinfində "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürovanın təşkilatçılığı ilə sinif daxili tədbir təşkil olunub."Kiçik Akademiya"da " Həmrəyliyimiz- birliyimizdir" mövzusunda keçirilən bu tədbirdə şagirdlər kiçik tədqiqatlarını təqdim etmişlər. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Şagirdlərin tədqiqat işinin devizi məhz bu ideologiya olmuşdur.

Ətraflı

"Kiçik Akademiya"da Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilib12.12.2023 tarixində "Kiçik Akademya"nın Humanitar kafedrasının üzvü, Azərbaycan dili və Ədəbiyyat müəllimi Qədimova Səadət 5 a sinfində “Sən elə Bir Zirvəsən …” adlı sinif daxili tədbir keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamış və Heydər Əliyevin Anım Günü ilə əlaqədar 1 dəqiqəlik sükut elan edilmişdir . Bundan sonra şagirdlər şeirlər söyləmiş , Heydər Əliyevə həsr olunmuş təqdimatlar və video çarxlar nümayiş etdirmişlər. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır. Tədbirdə "Kiçik Akademiya"nın prezidenti Şükürova Alidə iştirak etmişdir.

Ətraflı

"Kiçik Akademiya"nın təltifetmə mərasimi keçirilibDekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş II mərhələ üzrə rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilmişdir. Konfransın qalibləri, fərqlənənləri və iştirakçıları Mərkəz məktəbin rəhbərliyi tərəfindən Diplom və Təşəkkürnamə ilə təltif olundular. Təltif olunmaq üçün tədbirə 71 nömrəli məktəb üzrə "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürova və 10 a sinif şagirdi Rinat Mehdixanlı dəvət olunmuşdular. Şagirdimiz" Diplom"la mükafatlandırılmışdır.

Ətraflı

Kiçik Akademiya"nın konfransı keçirilibSabunçu rayonu ümumi təhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə rayon konfransının I mərhələsi təşkil olunub. Konfransda öz tədqiqat işini təqdim etmək üçün məktəbin 10A sinif şagirdi Rinat Mehdixanlı məktəbimizi təmsil edib.

Ətraflı

Şagirdimizin uğuru"Kiçik Akademiya"nın Biologiya kafedrasının üzvü,  9F sinif şagirdi Rinat Mehdixanlı “Nəqliyyatın havaya buraxdığı zərərli maddələrin miqdarına görə ekoloji vəziyyətin qiymətləndirilməsi" mövzusunda tədqiqat işi aparıb. O, tədqiqat çərçivəsində kiçik bir ərazidə hərəkət edən nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli maddələrin  miqdarını hesablayıb. Rinatın layihəsi bəyənilib və 71 nömrəli tam orta məktəbə mərkəz "Kiçik Akademiya" tərəfindən   Fəxri Fərman verilib.     Məktəbin direktoru Yasin Quliyev bu münasibətlə Rinatı təbrik edib, ona daha böyük nailiyyətlər arzulayıb.

Ətraflı

"Kiçik Akademiya"nın konfransı keçirilibSabunçu rayonu ümumi təhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2022/2023-cü tədris ili üzrə yekun hesabat konfransı keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev 2022/2023-cü tədris ili ərzində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib. Yekun konfrans 4 hissədən ibarət təşkil olunub. Hər hissədə 44 məktəb üzrə şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və.s məzmunlu araşdırma, elmi-tədqiqat işləri nümayiş etdiriblər. Konfransda "Kiçik Akademiya"nın Biologiya kafedrasının üzvü, 9F sinif şagirdi Rinat,Mehdixanlı “Nəqliyyatın havaya buraxdığı zərərli maddələrin miqdarına görə ekoloji vəziyyətin qiymətləndirilməsi" mövzusunda tədqiqat işi barədə məlumat verib. Bildirib ki, tədqiqat işi çərçivəsində kiçik bir ərazidə hərəkət edən nəqliyyat vasitələrinin havaya buraxdığı zərərli maddələrin miqdarını hesablayıb. Biologiya müəllimi və eyni zamanda tədqiqatın elmi rəhbəri Zərifə Cəfərovanın bələdçiliyi ilə aparılan tədqiqat işi münsiflər heyəti tərəfindən bəyənilərək Fəxri Fərmanla təltif olunub. Konfransın sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov konfransın işini qənaətbəxş hesab edərək gənc tədqiqatçılara uğurlar arzulayıb. Məktəb direktorları,direktor müavinləri, "Kiçik Akademiya" rəhbərləri, müəllimlər və şagirdlərin də iştirak etdiyi konfransda 71 nömrəli tam orta məktəb "Kiçik Akademiya" rəhbəri Alidə Şükürova və Uşaq Birliyi Təşkilatının rəhbəri Günay Həsənova təmsil edib.

Ətraflı

Ulu Öndərə həsr olunan divar qəzetləri hazırlanıb"Kiçik Akademiya" nın tarix və  təsviri incəsənət üzrə kafedralarının şagirdləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan divar qəzetləri hazırlayıb. Müxtəlif dillərdə hazırlanan divar qəzetlərində Ulu Öndərin siyasi irsini və həyat yolunu əks etdirən məqalələr yer alıb.

Ətraflı

"Novruz gəlir, yaz gəlir" kompozisiyası nümayiş olunubBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Kiçik Akademiya"nın İngilis dili kafedrasının üzvü Fərqanə Mikayılova 6D sinif şagirdlərinin ifasında ”Novruz gəlir, yaz gəlir" mövzusunda ədəbi-bədii kompozisiya hazırlayıb. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra milli bayram olan Novruzun tarixi, çərşənbələrin mahiyyəti, bayram adət ənənələrini əks etdirən kompozisiya təqdim olunub.

Ətraflı

Şagirdlər mükafatlandırılıbBakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqəsinin təltifetmə mərasimi  keçirilib. Müsabiqədə  71 nömrəli tam orta məktəbin 11B sinif şagirdləri Fidan Sadıqova və Gülnar Qənizadə yer tutduqlarına görə diplomla  mükafatlandırılıblar.

Ətraflı

"Kiçik Akademiya"da növbəti tədbir"Kiçik Akademiya"nın İngilis dili kafedrasının üzvi Fərqanə Mikayılova 6D sinfində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Black January" adlı tədbir təşkil edib. Tədbirdə "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürova və müəllimlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra şagirdlər 20 Yanvar hadisələri ilə bağlı hazırladıqları təqdimatlar barədə məlumat verib,şəhidlərə həsr olunmuş şeir və mahnılar səsləndiriblər.

Ətraflı

20 Yanvar xalqımızın azadlıq yolunun başlanğıcıdır"Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri Afət Tağıyevaə kafedranın üzvləri Fəridə Məhərrəmova və Sevda Verdiyeva ilə birlikdə 10-cu siniflər arasında “20 Yanvar xalqımızın azadlıq  yolunun başlanğıcıdır" adlı inşa müsabiqəsi təşkil ediblər. Müsabiqədə I yerə Hüseynli Toğrul, II yerə Hümbətova Səbinə, III yerə Verdiyeva  Aydan layiq görülüb. Əlizadə Fidan, Vəliyeva Aysel və Həsənov İmaməli fərqlənmə mükafatı ilə təltif olunublar. Şagirdlərimizi təbrik edirik və uğurlar arzulayırıq.

Ətraflı

ŞAGİRDLƏRİMİZİN UĞURU28.12.2022-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqənin nəticələri elan olunmuşdur.       Müsabiqədə məktəbimizi təmsil edən 11 b sinif şagirdləri Sadıqova Fidan və Qənizadə Gülnar 100 maksimum baldan 76 bal toplayaraq lll yerə  layiq görülüblər. Şagirdlərimizi  təbrik edir, uğurlar arzulayırıq.

Ətraflı

“Bir olaq, Həmrəy olaq!“29.12.2022 tarixində Kiçik Akademiyanın rəhbəri Sükürova Alidə və Humanitar kafedrasının üzvü Abbasova Qızyeter 6 ç sinif şagirdlərinin iştirakı ilə qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik günü “  münasibəti ilə “Bir olaq ,Həmrəy olaq!“ adlı bayram tədbiri keçirmişlər. Tədbirdə şagirdlər şeirlər , mahnılar, müxtəlif xarici dillərdə təbriklər söyləmiş , rəqs nümayiş etdirmişlər. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.

Ətraflı

"Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olunubDekabrın 28-i 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələrinin Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə F-316 nömrəli əmrin II bəndini əsas tutaraq "Kiçik Akademiya"ların Azərbaycan dili və ədəbiyyat,  tarix kafedraları üzrə "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqə təşkil olundu. Müsabiqə başlamamışdan öncə, Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev müsabiqə iştirakçılarını salamlayaraq onlara uğurlar arzu etmişdir. Müsabiqə ərzində şagirdlərə Azərbaycan dili və ədəbiyyat üzrə 10 sual (5 qapalı, 5 açıq), tarix üzrə 10 sual (5 qapalı, 5 açıq) və sonda esse təqdim edilmişdir. Müsabiqədə ümumtəhsil müəssisələri üzrə 40-a yaxın məktəbdən 70-dən çox şagird komanda formatında iştirak etmişdir. Bu müsabiqədə məktəbimizi 11 b sinif şagirdləri Fidan Sadıqova və Gülnar Qənizadə təmsil etmişlər.Yekun nəticələrə əsasən I, II, III yerlər və fərqlənən məktəblər təyin olunacaqdır. Müsabiqə nəticələri 4 yanvar 2022-ci il tarixdən etibarən emal olunacaqdır.

Ətraflı

"Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan" Dekabrın 12-si 2022-ci il tarixdə "Kiçik Akademiya"nın Humanitar bölməsinin rəhbəri Quliyeva Gülnazın rəhbərliyi ilə 8 a sinfində "Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan" adlı dəyirmi masa təşkil olundu. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.

Ətraflı

“Bayraq mənliyimdir, Bayraq kimliyim"05.11.2022-ci il tarixində Kiçik Akademiyanın Humanitar fənlər kafedrasının üzvləri Mustafayeva Xəyalə və  Baxşəliyeva Xuraman 5 f sinfində 9 noyabr - Bayraq Günü münasibətilə “Bayraq mənliyimdir, Bayraq kimliyim" adlı tədbir hazırlamışdılar. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı, milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Bayraq bizim ən dəyərli atributlarımızdandır. 100 ildən artıq tarixi olan bayrağımız millətçiliyimizdə, mənəviyyatımızda mühüm rol oynayır. Tədbirin əsas mahiyyətini də bu mövzular təşkil etmişdir və şagirdlər mövzu üzrə şeirlər, səhnəciklər, müsiqi nömrələri ilə çıxış etdilər. Tədbirdə "KA"-nın rəhbəri Şükürova Alidə də iştirak edirdi.

Ətraflı

"Zəfər Tariximiz"       04.11.2022-ci il tarixində "Zəfər Günü "ilə əlaqədar olaraq "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyat kafedrasının üzvü Hafizə Həsənovanın təşkilatçılığı ilə 6 c sinfində tədbir keçirilmişdir.        Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra  "Zəfər Tariximiz"in Şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Ardınca isə şagirdlər 44 günlük müharibə və ordumuzun möhtəşəm qələbəsi, zəfəri ilə bağlı  hazırladıqları məlumatları çatdırdılar, şeirlər səsləndirdilər, vətənpərvərliyə aid mahnılar və səhnəciklər nümayiş etdirdilər. Tədbirdə məktəb rəhbərliyi və "Kiçik Akademiya"nın rəhbəri də iştirak edirdi.

Ətraflı

ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB  27 Oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-136 nömrəli əmrinin II bəndinə əsasən Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyat kafedralarının təşkilatçılığı ilə "Əhməd Cavad və onun yaradıcılığı" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri Sevinc xanım Rəsulova, inkişaf layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, məktəb direktorları, KA prezidentləri, müəllimlər, şagirdlər iştirak edirdilər. Bu tədbirdə  məktəbimizi dil-ədəbiyyat müəllimi Fəridə Məhərrəmova və onun rəhbərliyi ilə 10-cu sinif şagirdləri təmsil etmişlər. Əhməd Cavad yaradıcılığı ilə bağlı maraqlı məqalələrlə çıxışlar  olmuşdur. Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorunun müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc xanım Rəsulova çıxış edərək elmi-praktiki konfrans haqqında yekun fikirlərini söyləmişdir.

Ətraflı

Kiçik Akademiyanın iclası keçirilib06.10.2022-ci il tarixində Kiçik Akademiyanın rəhbəri Alidə Şükürova və kafedra rəhbərləri arasında iclas keçirilmişdir. İclasda 2022/2023 -cü tədris ilində görüləcək işlərdən, hazırlanacaq layihələrdən, habelə cari işlər haqqında söhbətlər aparılmışdır. KA- nın məqsədi kafedralar üzrə qabiliyyətli, bacarıqlı, istedadlı uşaqların üzə çıxarılaraq bacarıqlarına uyğun fəaliyyətə cəlb olunmasıdır.

Ətraflı

"1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü"nə sərgi təşkil olunub"1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü" münasibətilə Kiçik Akademyanın təsviri incəsənət fənni üzrə bölmə rəhbəri Abdullayeva Mətanət və KA rəhbəri Alidə Şükürova sərgi təşkil etmişlər. Sərgidə KA-nın fəal və istedadlı üzvlərindən olan Qarayeva Günelin kyubizim, natrimot, illuziya janırlarında rəsmləri nümayiş etdirilmişdir. Çox maraqla qarşılanan rəsm əsərləri sərgi iştirakçılarında xoş təəssürat yaratmışdır.

Ətraflı

“Biz mütaliəni sevirik“Kiçik Akademyanın Ədəbiyyat fənni üzrə bölmə rəhbəri Əlili İlahə, KA rəhbəri Alidə Şükürova və KA üzvlərinin iştirakı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-147 nömrəli əmrinə əsasən “Oxu Günü“ tədbiri çərçivəsində məktəbin kitabxanasında “Biz mütaliəni sevirik“ adlı dəyirmi masa təşkil olundu. Məktəbin qabaqcıl müəllimlərindən olan Səadət Qədimovanın rəhbərliyi ilə şagirdlər arasında Azərbaycan və dünya ədəbiyyatından olan bədii əsərlərin müzakirəsi, təhlili həyata keçirildi.

Ətraflı

"Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi"Sabunçu rayonu "Kiçik Akademiya"ların Tarix və Coğrafiya kafedraları üzrə təşkil olunan "Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi" adlı təqdimat müsabiqəsində məktəbin tarix müəllimi Əmiraslanova Səbinənin rəhbərliyi ilə X A sinif şagirdi Cəfərova Elnurə hazırladığı təqdimatla fərqləndiyinə görə sertifikatla təltif olunmuşdur. Səbinə müəllimə və şagirdimizə uğurlar arzulayırıq!

Ətraflı

“Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın”08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır.    Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi.    Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov,  BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər.    Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi  - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru  - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru -  Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi  - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova Qeyd: Konfransda 200-dən çox şəxs(47 məktəb üzrə müəllim, şagird) iştirak etmişdir.

Ətraflı

Şagirdimizin uğuruSabunçu Regional "Kiçik Akademiya"sının, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 08 aprel-15 aprel tarixlərində Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəsində iştirak etmiş 100-ə yaxın şagird arasında məktəbimizin VIII Ç sinif şagirdləri Həsənli Leyla, Əsədov Fərid və Məmmədova Rənanın hazırladıqları işlər fərqləndiyinə görə sertifikatla təltif olunmuşdur. Şagirdlərimizin hazırladıqları layihələrin elmi rəhbəri məktəbin biologiya müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifədir. Daha böyük uğurlara imza atmaq diləyilə Zərifə müəllimə və şagirdlərimizə müvəffəqiyyətlər arzulayırıq.

Ətraflı

"Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi"Sabunçu "Kiçik Akademiya"ların Humanitar bölmələri üzrə təşkil olunan "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-məqalə müsabiqəsində məktəbin dil-ədəbiyyat müəllimi Verdiyeva Sevdanın elmi rəhbərliyi ilə IX Ç sinif şagirdi Ağayeva Nərminin yazdığı elmi məqalə fərqləndiyinə görə sertifikatla təltif olunmuşdur. Həm Sevda müəllimə, həm də şagirdimizə bol-bol nailiyyətlər diləyirik.

Ətraflı

8 “a” sinif şagirdləri "Şəhidlər Xiyabanı”nı ziyarət ediblər    Məktəbin ingilis dili müəllimi, “Kiçik Akademiya”nın prezidenti Alidə Şükürovanın rəhbərliyi ilə 8 “a” sinif şagirdləri “20 Yanvar faciəsi”nin 30-cu il dönümü ilə bağlı  “Şəhidlər Xiyabanı”nı ziyarət etdilər. Onlar şəhidlərin xatirəsini əziz tutaraq məzarları üzərinə qərənfillər düzüblər. 

Ətraflı

“İntellektual Olimpiada”Sabunçu rayonu “Kiçik Akademiya”larının qarşılıqlı şəkildə əlaqədə olması məqsədi ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Kiçik Akademiya”lara üzv olan VII-X sinif şagirdləri arasında “İntellektual Olimpiada” keçirildi. “Kiçik Akademiya”nın prezidenti Alidə Şükürovanın rəhbərliyi ilə VII-X sinif şagirdləri iştirak etmişdilər. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

"Kiçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsi keçirilibAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə III qrant müsabiqəsinin qalibi olmuş "Kiçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsi keçirilib. Layihə fizika üzrə fəlsəfə doktoru, "Sabahın alimləri" Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucovun rəhbərliyi ilə keçib. Təlimlərdə məktəbin ingilis dili müəlllimi, "Kiçik Akademiya"nın prezidenti Alidə Şükürovada müvəffəqiyyətlə iştirak etdiyinə görə Sertifikatla təltif olunub.

Ətraflı

“Kiçik tədqiqatçılar”       Məktəbdə II-IV sinif şagirdləri arasında  “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili seçim mərhələsi  keçirildi. Müsabiqədə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova iştirak edirdi. Komandalar onlara təqdim olunan mövzular üzrə araşdırma apardılar. Nəticələrə əsasən 2 "b", 3 "ç", 3 "d ", 4 "c" siniflərindən 1 şagird müsabiqənin ikinci mərhələsinə keçdilər. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

"Alternativ və bərpa olunan enerjinin istifadəsi"     Məktəbin 10 "a" sinif şagirdi Həsənov Əli "Kiçik Akademiya"nın Vitse-prezidenti Susanna Abduləzimovanın tapşırığı ilə "Alternativ və bərpa olunan enerjinin istifadəsi" mövzusunda öz ixtirasını məktəbin direktoru Yasin Quliyevə təqdim edir. Layihənin təcrübəsi Yasin Quliyev tərəfindən qəbul olundu. Şagirdimiz Əliyə uğurlar arzulayırıq.

Ətraflı

“Kiçik Akademiya”nın üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçirilibMəktəbimizdə “Kiçik Akademiya”nın üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəb daxili seçim mərhələsi keçirildi. Müsabiqədə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, "Kiçik Akademiya" nın prezidenti Alidə Şükürova və kafedra müdirləri iştirak edirdi. Müsabiqənin məktəb daxili seçim mərhələsində VIII-X sinif şagirdləri təqdim olunan mövzular üzrə araşdırmalarını təqdim etdilər. Müsabiqədə X "b" sinif şagirdi Günay Həsənova “Plastik qablaşdırma tullantılarının orqanizmə mənfi təsiri " və ”X "a" sinif şagirdi Əli Həsənov “Alternativ və bərpa olunan enerjinin istifadəsi" mövzusunda hazırladığı tədqiqat işlərinə görə seçilərək müsabiqənin ikinci mərhələsinə keçdilər.

Ətraflı

Uğurlarımız"Məhəmməd Füzulinin 525 illiyinə" həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və 112 №-li tam orta məktəbin " Kiçik Akademiya" sının təşkilatçılığı ilə rəsm müsabiqəsi keçirilib. “ Yandı bağrım hicr ilə ” başlığı altında keçirilən "Ən yaxşı" rəsm müsabiqəsində fərqləndiyinə görə X c sinif şagirdi Mirəliyeva Xədicə Gülağa qzı və VIII a sinif şagirdi Xəlilova Aişə Pirməmməd qızı diplomla təltif olunmuşlar. Şagirdlərimizə uğurlar arzu edirik.

Ətraflı

Məktəbimizdə rəsm müsabiqəsi keçirilib14.09.2019-cu il tarixində məktəbimizdə Məhəmməd Fizulinin "525" illiyinə həsr edilmiş rəsm müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova , "Kiçik Akademiya"nın prezidenti Afət Tağıyeva, Vitse- prezidentlər Susanna Abdüləzimova, İlahə Əlili, təsviri incəsənət müəllimi Mətanət Rəcabova və məktəbin kiçik rəssamları öz əl işləri ilə iştirak etdilər.

Ətraflı

Kiçik Akademiyanın ilk regional iclası keçirildi2019-2020-ci tədris ili ilə əlaqədar Kiçik Akademiyanın ilk regional iclası keçirildi. İclasa Kiçik Akademiyanın Sabunçu rayonu üzrə rəhbəri Sərxan Şahverdiyev rəhbərlik edirdi. İclasda yeni tədris ilində qarşıda duran məsələlər haqqında danışıldı.

Ətraflı

Plastik qablaşdırmanın ətraf mühitə təsiriAzərbaycan Respublikası prezidentinin 7 fevral 2019-cu il tarixli 935 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illərüçün Tədbirlər planı"nın 2.2.1 və 2.2.3.-cü yarımbəndlərinin icrasına əsasən məktəbimizin Kiçik Akademiyası da fəaliyyət planına qoşulmuş və plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ materiallarından istifadəsinin əhəmiyyəti istiqamətində maarifləndirmə işinə qoşulmuşlar.Kiçik Akademiyanın təbiət bölməsi bu barədə layihə hazırlayaraq məktəbdə müəllim və şagird kollektivinə məlumat vermişlər.Şagirdlərimiz plastik qablaşdırmanın mənfi və müsbət cəhətlərini araşdırmış və bu barədə öz təkliflərini irəli sürmüşlər.

Ətraflı
HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Nazpəri Gəncalı Əfsələddin

İlkanə Quliyeva Vidadi

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Nazpəri Gəncalı Əfsələddin

İlkanə Quliyeva Vidadi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi