"Kiçik Akademiya"nın tədbiri keçirilib

13/01/2025-ci il tarixdə 6 "A" sinfində 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş “1990-cı il 20 Yanvar faciəsi” mövzusunda "Dəyirmi masa" keçirilib. Tədbir "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürova tərəfindən təşkil olunmuşdur. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib ,ardınca Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra giriş sözü ilə tədbiri açaraq fikirlərini söyləyən Alidə Şükürova 1990-cı il 20 Yanvar faciəsinin baş vermə səbəbləri barədə danışıb, imperiyanın Azərbaycan xalqına vurduğu son zərbənin nəticələrindən söz açmış, xalqımıza qarşı edilən haqsızlıqlara baxmayaraq ölkəmizin öz dövlət müstəqilliyini bərpa etdiyini və bu gün qalib xalq və dövlət kimi dünya dövlətləri içərisində böyük nüfuz və hörmət sahibi olduğunu vurğulayib. Daha sonra şagirdlər tədbirlə əlaqədar çıxışlar, təqdimatlar etmişlər, 20 Yanvar faciəsi ilə bağlı videoslaydlar nümayiş etdirilmişdir. Tədbirdə KA- nın Hümanitar kafedrasının üzvü ingilis dili müəllimi Mikayılova Fərqanə də iştirak etmişdir. Habelə, bacarıqlı və fəal şagirdlər faciəni əks etdirən divar qəzetləri hazırlamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi