"Kiçik Akademiya"nın təltifetmə mərasimi keçirilib

Dekabrın 6-sı 2023-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Heydər Əliyev İlinə həsr olunmuş I Ümumşəhər Konfransına hazırlıq məqsədilə təşkil olunmuş II mərhələ üzrə rayon konfransının qalibləri, fərqlənənləri və iştirakçılarının təltifetmə mərasimi keçirilmişdir. Konfransın qalibləri, fərqlənənləri və iştirakçıları Mərkəz məktəbin rəhbərliyi tərəfindən Diplom və Təşəkkürnamə ilə təltif olundular. Təltif olunmaq üçün tədbirə 71 nömrəli məktəb üzrə "Kiçik Akademiya"nın rəhbəri Alidə Şükürova və 10 a sinif şagirdi Rinat Mehdixanlı dəvət olunmuşdular. Şagirdimiz" Diplom"la mükafatlandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi