"Kiçik Akademiya"da Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirilib

12.12.2023 tarixində "Kiçik Akademya"nın Humanitar kafedrasının üzvü, Azərbaycan dili və Ədəbiyyat müəllimi Qədimova Səadət 5 a sinfində “Sən elə Bir Zirvəsən …” adlı sinif daxili tədbir keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamış və Heydər Əliyevin Anım Günü ilə əlaqədar 1 dəqiqəlik sükut elan edilmişdir . Bundan sonra şagirdlər şeirlər söyləmiş , Heydər Əliyevə həsr olunmuş təqdimatlar və video çarxlar nümayiş etdirmişlər. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır. Tədbirdə "Kiçik Akademiya"nın prezidenti Şükürova Alidə iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi