HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq məktəb 2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilib, 720 şagird yerlik əlavə korpus tikilərək istifadəyə verilib.

1993-cü ildə Ağdam cəbhəsində erməni silahlı birləşmələrinə qarşı döyüşdə qəhrəmanlıqla həlak olan Milli Qəhrəman Elxan Misirxanovun adını daşıyan təhsil ocağının girişində şəhidin büstü ucaldılıb. Həmçinin məktəbin həm l Qarabağ, həm də ll Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının barelyefi olan abidə də hər gün məktəbə daxil olan yüzlərlə şagirdin ayaq saxlayaraq ziyarət etdiyi guşələrdəndir.

1796 şagirdin təhsil aldığı məktəb iki növbəlidir. Təhsil ocağında 105 nəfərdən ibarət müəllim heyəti çalışır.

Üçmərtəbəli əsas və dördmərtəbəli yeni  tədris binalarında  67 sinif otağı var. 9 fənn kabineti, 6 laboratoriya, 2 informatika otağı,1 "Eko" otaq şagirdlərin ixtiyarındadır. Əksər sinif otaqlarında proyektor quraşdırılıb və komputerlərlə təmin olunub. Fənn kabinetləri lazımı avadanlıqlarla təchiz edilib.Bütün bunlar müəllim və şagirdlərə İKT-nın nailiyyətlərindən yararlanmağa şərait yaradır.

Məktəbin zəngin kitabxanası var. Böyük idman zalı və idman meydançası şagirdlərin ixtiyarındadır. Geniş akt zalı mütəmadi olaraq tədbirlərin keçirildiyi məkandır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi