Nailiyyətlərimiz

“Bilbacar” müsabiqəsinin qalibləri       17/06/2025-ci il tarixdə “Bilbacar” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 17000-ə yaxın şagirdin iştirak etdiyi müsabiqədə məktəbimizin 2 şagirdinin- Ağayev Hüseynin ll yer, Qarayeva Fərəhin isə, lll yer  qalibi olaraq mükafatlandırılması qürurvericidir. Afərin, uşaqlar,uğurlarınız bol olsun!         Mükafatlandırma mərasimində məktəbin direktor əvəzedicisi Əhmədova Səidə, "Bilbacar"ın məktəb koordinatoru Həsənova Aytən də iştirak etmişlər. Bu uğurda əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk!

BilBacar müsabiqəsinin qalibləri elan olunubAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən BilBacar müsabiqəsinin final mərhələsində məktəbin dörd şagirdi iştirak etmişdir. Qeyd edək ki, BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətini inkişaf etdirmək və həmin bacarıqların real həyatda tətbiqinə sövq etməkdir. Nəticələrə əsasən,məktəbimizin iki şagirdi müsabiqə üzrə qalib olmuşdur. Respublika üzrə 2-ci yerin qaliblərindən biri 8 "E" sinif şagirdimiz Hüseyn Ağayev Fuad oğlu(527.8 )3-cü yerin qaliblərindən biri isə, 8 "E" sinif şagirdi Qarayeva Fərəh Namiq qızı olmuşdur.(514.8) Məktəbin direktor əvəzedicisi Səidə Əhmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və məktəb üzrə BilBacar müsabiqəsinin koordinatoru Aytən Həsənova şagirdlərimizi təbrik etmiş, onlara uğurlar arzulamışlar!

Müəllimimiz təltif olunubATİAHİ Sabunçu rayon komitəsinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin ittifaq üzvləri arasında keçirilən idman yarışlarının rayon mərhələsində dama turniri üzrə ll yeri qazanan fiziki tərbiyə müəllimimiz İmran Lətifov "Diplom"la təltif olunmuşdur. Bu münasibətlə məktəbin direktor əvəzedicisi Zərifə Cəfərova bütün kollektiv adından İmran müəllimi təbrik etmiş, bundan sonrakı yarışlarda da uğurlar arzulamışdır.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Samir İbrahimov Gülağa

Toğrul Hüseynli Səbuhi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi