Nailiyyətlərimiz

Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində uğur qazanan şagirdlərimizÜmumtəhsil məktəb şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsi keçirilib. Məktəbimizin 4 a sinif şagirdi Ağasoy Zeynəb və 7 f sinif şagirdi Qafarzadə Cəfər bu müsabiqədə uğurla iştirak edib növbəti mərhələdə iştirak hüququ qazanıb, eləcə də 3 ç sinif şagirdi Emil Feyziyev, 6 d sinif şagirdi Murad Hacıyev 8 ç sinif şagirdi Mollazadə Duyğu "Diplom"a layiq görülüblər. Məktəbin direktoru Yasin Quliyev uğur qazanan şagirdlərimizi və onların müəllimlərini bütün kollektiv adından təbrik etmiş,, növbəti mərhələlərdə də uğurlar arzulamışdır.

İdmançı şagirdlərimizin növbəti nailiyyətiGənclər və İdman Nazirliyi, Bakı Abadlıq xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən Bakının 32 kənd və qəsəbəsinin uşaq futbol komandaları arasında keçirilən futbol turnirində iştirak edən "Zabrat" komandası qrup mərhələsində inamla çıxış edərək 8/1 mərhələsinə vəsiqə qazanmış və 21/04/2024-cü il tarixdə keçirilən oyunda maştağalı həmyaşıdlarına qalib gələrək 4/1 final mərhələsinə keçmişlər. Xatırladaq ki, komandanın baş məşqçisi məktəbimizin Fiziki tərbiyə müəllimi Elmar İmanovdur. Bu münasibətlə Elmar müəllimi təbrik edir və növbəti mərhələdə ona və şagirdlərimizə uğurlar arzu edirik.

Şagirdimiz Beynəlxalq turnirdə gümüş medal qazanıbMəktəbin 8 e sinif şagirdi Məmmədov İsmayıl Ənvər oğlu Türkiyədə keçirilən beynəlxalq idman turnirində ll yeri qazanaraq gümüş medalla təltif olunmuşdur. Şagirdimizin bu uğurlarını yüksək qiymətləndirən məktəbin direktoru Yasin Quliyev bütün kollektivimiz adından onu təbrik etmiş və bundan sonra da yeni-yeni uğurlar qazanmasını arzulamışdır.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Bilurə Əmiraslanlı Əmiraslan

Fidan Sadıqova Seymur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi