Nailiyyətlərimiz

Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında şagirdlərimiz diplomla təltif olunublarAzərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərən şagirdlərimiz diplomla mükafatlandırılıb. Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Nəticələrə əsasən, I, II və III yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif edilib, digərlərinə isə iştirakçı sertifikatı təqdim olunub.

Şagirdimizin uğuruRusiya Federasiyasının Ufa şəhərində SSRİ idman ustası Farita Davletşinin xatirəsinə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü oğlanlar və qızlar arasında "LokoJudo" uşaq liqasının"A" seryası üzrə keçirilmiş beynəlxalq turnirdə 9 SNQ dövləti və Rusiya Federasiyasının 30-dan çox respublika və bölgəsinin 900-dən çox ən güclü idmançıları mübarizə aparmışdır. Sözü gedən turnirdə məktəbimizin 6"F"sinif şagirdi Qurbanov Yusif erməni rəqibi üzərində inamlı qələbə qazanaraq bürünc medal əldə etmişdir. Məktəbin direktoru Yasin Quliyev şagirdimizi bu münasibətlə təbrik etmiş və bütün kollektiv adından ona daha böyük nailiyyətlər qazanmağı arzulamışdır.

Aydanın uğuruMəktəbin məktəbəqədər hazırlıq qrupunun 0 "Ç" sinfində oxuyan Mehdiyeva Aydan kiçikyaşlı uşaqlar arasında gimnastika üzrə keçirilən turnirlərdə fəal iştirak edərək müxtəlif vaxtlarda Sərhədçi idman mərkəzinin "Yay ulduzları" adlı turnirində 1-ci, Dəstəgül" adlı turnirində 2-ci, DİN-nin İdman Cəmiyyətinin bədii gimnastika və çerlidinq üzrə "Payız Rəqsi" adlı turnirində 2-ci yerə layiq görülüb. Məktəbin direktoru Yasin Quliyev bu münasibətlə balaca fidan balamızı bütün kollektiv adından təbrik edərək daha böyük uğurlar qazanmağı arzu etmişdir.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Samir İbrahimov Gülağa

Fidan Sadıqova Seymur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi