Nailiyyətlərimiz

“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb23/02/2024-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qaliblərinin mükafatlandırılma tədbiri keçirilib. Məktəbin 8 c sinif şagirdi Gəncalı Nazpəri mükafatlandırılanlar sırasında olmuşdur.Hər zaman yaradıcılıq qabiliyyəti ilə seçilən şagirdimiz "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektivimiz adından Nazpərini təbrik edirik,ona uğurlar arzulayırıq.

Yaradıcı müəllimlər təltif olunub02/02/2024-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bu təqdimat mərasimində məktəbimizin iki müəllimi-fizika müəllimi Afaq Nəbiyeva və informatika müəllimi Aytən Həsənova "Təşəkkürnamə" və hədiyyə ilə təltif olunublar.Dəfələrlə bu cür gözəl mükafatlara layiq görülən dəyərli müəllimlərimizi məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektivimiz adından təbrik edirik,onlara bundan sonra da uğurlar,nailiyyətlər qazanmağı arzulayırıq.

Layihələrimiz Avropa Keyfiyyət Nişanına layiq görülübCari tədris ilində eTwinning' də həyata keçirilən 2002 beynəlxalq layihə üzrə çalışan müəllimlər ümumilikdə 15190 Avropa Keyfiyyət Nişanına layiq görülüb. Qalıb məktəblər və müəllimlər içərisində biz də varıq! Xarici dil müəllimimiz İlahə Quliyeva 7,8 və 9-cu sinif şagirdləri ilə birgə gündəmdə olan "Süni intellekt və Meta Dünya" mövzusunda işlədikləri 3 layihəyə görə Avropa Keyfiyyət Nişanlarına layiq görülüb! Qeyd edək ki, “eTwinning” layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olub, Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən həyata keçirilir. Layihənin məqsədi yerli müəllim və şagirdlərlə avropalı həmkarları arasında ünsiyyəti artırmaq, əməkdaşlıq, həmçinin təhsilin inkişafı yönündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. 

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

İlkin Cəlilov Yaşar

Nuranə Əhmədli Vidadi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi