Nailiyyətlərimiz

Uğur qazanan şagirdimizMəktəbin 8 "F" sinif şagirdi Məmmədov Kənan yeniyetmələr arasında Kinq tu idman növü üzrə müxtəlif yarışlarda iştirak edərək yüksək yerlərə layiq görülüb. Məktəbin direktoru Yasin Quliyev bu münasibətlə onu bütün kollektiv adından təbrik edərək daha böyük uğurlar qazanmağı arzu etmişdir.

Şagirdimiz Cüdo Spartakiadasında qalib olubCüdo Spartakiadasında 48 kq çəki dərəcəsində məktəbimizi təmsil edən 6 f sinif şagirdi Qurbanov Yusif bu yarışda inamla çıxış edərək qələbə qazanmışdır. O, rəqiblərini geridə qoyaraq Bakı 3-cüsü olmuşdur. Qalib şagirdimizi məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektiv adından təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq.

Şagirdimiz inşa yazı müsabiqəsində uğur qazanıb08/05/2024-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Yüksəkliyin Heydər Əliyev zirvəsi” mövzusunda keçirilən inşa yazı müsabiqəsində məktəbin 11"B" sinif şagirdi Əlizadə Fidan uğur qazanaraq ll yerə layiq görülüb. Keçirilən bu müsabiqə məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədini daşıyır. Məktəbin direktoru Yasin Quliyev bütün kollektiv adından uğur qazanan şagirdimizi və onun fənn müəllimi Tağıyeva Afəti təbrik etmiş və bundan sonra da uğurlarının davamlı olmasını arzulamışdır.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Fidan Sadıqova Seymur

Cavidan Abdullayev Etibar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi