Nailiyyətlərimiz

Respublika Fənn müsabiqəsində şagirdlərimizin uğuruMəktəbin 6 "ə" sinif şagirdi Ağayev Sadiq, 6 "d" sinif şagirdi Abbasova Şəms və VII "ç" sinif şagirdi Abbasova Nüşabə Respublika Fənn müsabiqəsinin rayon(şəhər) mərhələsindən uğurla keçərək yarımfinal turuna vəsiqə qazanıblar. Bu münasibətlə məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektivimiz adından şagirdlərimizi ürəkdən təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq!

Şagirdlərimizin uğuru05.03.2024-cü il tarixində “26 fevral -Xocalı soyqırımı”na həsr olunmuş orta ümumtəhsil məktəblərinin şagirdləri arasında dama üzrə Sabunçu rayon turnirində qalib gələn komandamızı məktəbin direktoru Yasin Quliyev təbrik edib. Direktor şagirdlərimizin böyük uğuru münasibətilə onlara təşəkkür edib və bundan sonra da daha yüksək nailiyyətlər qazanmağı arzulayıb,onlarla xatirə şəkilləri çəkdirib.

Uğur qazanan şagirdlərimizMəktəbin 10 a sinif şagirdləri - Mehdixanlı Rinat,Hümmətli Zəhra,Məmmədova Turanə,Qurbanlı Nübar, 9 e sinif şagirdi- Şirinova Miray "Bakı məktəblilərinin I MUN konfransı" layihəsində Sülh Quruculuğu üzrə İxtisaslaşmış komitədə yüksək səviyyədə öz bacarıqlarını nümayiş etdirərək layihə rəhbəri tərəfindən sertifikatlarla təltif edilmişlər. Məktəbin direktoru Yasin Quliyev bu münasibətlə şagirdlərimizi təbrik etmiş,uğurlar arzulamışdır.

HAQQIMIZDA

Bakının Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na u...

BİZİM FƏXRLƏRİMİZ

Nəzrin Əhmədli Elxan

Ruslan Ağayev Nəcəf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi